“Azərbaycan İslam mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verib”
Tarix: 10.10.2017 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı "İslam incəsənəti XXI əsrdə: ənənə və müasirlik" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edildiyini xatırladaraq mövzunun aktuallığını vurğulayıb. İ.Həbibbəyli qeyd edib ki, Azərbaycan multikulturalizm, tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verib. İslam həmrəyliyi XXI əsrdə, Azərbaycan müstəqillik qazandıqdan sonra öyrənilməyə başlanılıb. İslami dəyərlərin düzgün təbliğ edilməsinin vacibliyini, eləcə də dinin siyasiləşdirilməsinin yolverilməz olduğunu vurğulayan akademik qeyd edib ki, müasir dünyada ən böyük problemlərdən biri terrorizmdir. Lakin din və terrorizm bir-birinə zidd anlayışlardır. Əsl dinin olduğu yerdə ekstremizmə və radikalizmə yer yoxdur. Bu cür xoşagəlməz hadisələr bütün dünyada islamofobiya meyillərini artırmaqla yanaşı, İslam dünyası əleyhinə kampaniyalara səbəb olur. Akademik İ.Həbibbəyli müsəlman ölkələri arasında elm, mədəniyyət sahələri üzrə həmrəyliyin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə "İslam mədəniyyəti kontekstində türk incəsənətinin dövrləşdirilməsi" mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizin tolerantlıq prinsiplərinə, multikultural ənənələrə bu gün də sadiq qalmasının göstəricisidir. Alim Azərbaycanın dövlət-din münasibətlərinin tənzimlənməsi baxımından İslam dünyasında model ölkə olduğunu bildirib. Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev ölkəmizdəki tolerantlıq mühitinin dünyaya nümunə olduğunu, respublikamızda istər dini, istərsə də milli və irqi ayrı-seçkiliyin olmadığını vurğulayıb, konfransın işinə uğurlar arzulayıb. Azərbaycan alimləri ilə yanaşı, İran və Qazaxıstandan olan tədqiqatçıların da iştirak etdikləri tədbirdə "Musiqi türkologiyasının mental modelləri", "İslam mədəniyyətində bədii üslublar", "Orta əsrlər Azərbaycan şəhərlərinin məhəllələri" və digər mövzularda məruzələr dinlənilib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info