Kibercinayətkarlığa qarşı mübarizə üzrə koordinasiya mexanizmi yaradılmalıdır
Tarix: 10.10.2017 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfrans işə başlayıb. Konfrans Azərbaycan Respublikası Prokurorluğunun və Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA), həmçinin Avropa İttifaqının və Avropa Şurasının birgə təşkilatçılığı ilə keçirilir. Tədbirə Şərqi Avropa, Balkan regionu və Mərkəzi Asiya ölkələrinin hüquq mühafizə orqanlarının 50-dək əməkdaşı, beynəlxalq ekspertlər, BPA-nın rəsmi şəxsləri, həmçinin Azərbaycanın hüquq mühafizə orqanlarının nümayəndələri qatılıblar. Konfransın açılış mərasimində BPA-nın baş katibi, eyni zamanda, Assosiasiyanın Prokurorların Qlobal Elektron Cinayət Şəbəkəsinin (GPEN) rəhbəri və Niderland Krallığının “Eurojust”da təmsilçisi Han Moraal və Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes iştirak ediblər. Baş prokurorun müavini – Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev sürətlə qloballaşan dünyada kibercinayətkarlıq probleminin xüsusi aktuallığı və ona qarşı dövlət orqanları tərəfindən aparılan mübarizənin vacibliyi barədə ətraflı məlumat verərək cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərə qarşı mübarizənin ölkələrin milli təhlükəsizliyinin təmin olunmasına xidmət etdiyini bildirib. Qeyd edilib ki, Azərbaycanda korrupsiya, çirkli pulların yuyulması və kibercinayətkarlıq da daxil olmaqla cinayətkarlığın bütün təzahürlərinə qarşı Prezidentin siyasi rəhbərliyi ilə barışmaz mübarizə aparılır. Azərbaycan Respublikasının 2010-cu ildən Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” Konvensiyasına qoşularaq bu beynəlxalq müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində sistemli inzibati və normativ tədbirlər gördüyünü vurğulayan K.Əliyev diqqətə çatdırıb ki, həyata keçirilmiş hüquqi və institusional islahatlar nəticəsində ölkəmizdə ən müasir beynəlxalq standartlara cavab verən qanunvericilik bazası formalaşdırılıb. Baş İdarə rəisi dövlət başçısının 2016-cı il 18 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın bu istiqamətdə fəaliyyətin uğurla davam etdirilməsi üçün mühüm siyasi hüquqi sənəd olduğunu xüsusu vurğulayıb. K.Əliyev Azərbaycanın hüquq mühafizə orqanları ilə BPA arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri haqda ətraflı məlumat verib. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov, BPA-nın baş katibi Han Moraal və Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes çıxışlarında kibercinayətkarlığa qarşı mübarizə işində dövlət orqanları və beynəlxalq təşkilatların fəaliyyətlərinin səmərəli əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılmasının, onlar arasında əməkdaşlığın və məlumat mübadiləsi sisteminin səmərəliliyinin artırılmasının, qanunvericiliyin beynəlxalq standartlara tam uyğunlaşdırılmasının, habelə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıblar. Çıxışlarda, həmçinin kibercinayətkarlıqla mübarizədə hüquq mühafizə orqanları əməkdaşlarının peşəkarlığının artırılması və səmərəliliyin təmin edilməsində keçiriləcək təlimlərin əhəmiyyəti qeyd olunub.Açılış çıxışlarından sonra konfrans işini sessiyalarla davam etdirib. Oktyabrın 11-dək davam edəcək konfransda ekspertlər tərəfindən təqdimatların keçirilməsi, eləcə də işçi qruplar çərçivəsində praktiki məsələlərin həlli nəzərdə tutulub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info