Bernard Peille: “Azərbaycan etibarlı tərəfdaşımızdır”
Tarix: 10.10.2017 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


“Alstom Transportation S.A.” şirkətinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) üçün istehsal etdiyi birinci Prima M4 sərnişin lokomotivi ikiillik zəhmətin bəhrəsidir. Lokomotivin özəlliyi onun ikili gərginliklə (sabit 3/dəyişən 25kv50hz) işləməsindədir. Bu, dünyada ən yüksəksəviyyəli lokomotivlər sırasındadır.
Bu sözləri “Alstom” şirkətinin Qərbi və Mərkəzi Asiya üzrə icraçı direktoru Bernard Peille sözügedən lokomotivin təqdimatından sonra AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, şirkət “Azərbaycan Dəmir Yolları” QSC üçün hazırlanan ilk sərnişin lokomotivinin yola salınma mərasiminin keçirilməsindən böyük məmnunluq duyur.
B.Peille lokomotivlər çatdırıldıqdan sonra onların asan istismarını təmin etmək üçün əməkdaşlığı davam etdirəcəklərini, “Azərbaycan Dəmir Yolları” QSC-yə ilk illər texniki dəstək verəcəklərini və lazım gələrsə, uzunmüddətli texniki dəstək verilməsi ilə bağlı müqavilə imzalanacağını bildirib. Qeyd edib ki, “Azərbaycan Dəmir Yolları”na depoların restrukturasiyasında da dəstək veriləcək. Şirkət “Azərbaycan Dəmir Yolları” ilə birlikdə yeni layihələrin həyata keçirilməsinə açıqdır.
“Yük və sərnişin lokomotivlərinin istehsalı sahəsində birgə işləməyə başladıq. Gələcəkdə Bakı metrosu, tramvay sahəsində də əməkdaşlığa hazırıq. 2014-cü ildən başladığımız layihə müvəffəqiyyətlə irəliləyir. Əməkdaşlarımız arasında çox yaxşı dostluq əlaqələri var. Arxada gördüyünüz AZ4A lokomotivi əməkdaşlığımızın bəhrəsidir. Eyni zamanda, siyasi, iqtisadi sahələrdə də əlaqələr yüksək səviyyədədir. Azərbaycan etibarlı tərəfdaşımızdır”-deyə B. Peille vurğulayıb.
O, həmçinin bildirib ki, lokomotivlər Azərbaycana bir-bir çatdırılacaq. Növbəti sərnişin lokomotivi yazda, yük lokomotivi iyunda yola salınacaq.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info