“Azərbaycan daha güclü regional mərkəzə çevriləcək”
Tarix: 10.10.2017 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Fransanın şimal–şərqində yerləşən Belfort şəhərində “Alstom Transportation S.A.” şirkətinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) üçün istehsal etdiyi birinci Prima M4 sərnişin lokomotivinin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimindən sonra Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev AZƏRTAC-a müsahibə verib. Səfir ilk lokomotivin Azərbaycana göndərilməsi münasibətilə yüksək səviyyədə təşkil olunan mərasimdə iştirak etməkdən məmnun olduğunu vurğulayıb. Bildirib ki, təqdimat mərasimi iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsinin təzahürüdür. Azərbaycan və Fransa prezidentlərinin iştirakı ilə 2014-cü ildə “Alstom” və “Azərbaycan Dəmir Yolları” QSC-nin imzaladığı müqavilə ölkəmizdə dəmir yol infrastrukturunun kökündən yenilənməsinə və müasirləşməsinə xidmət edir. Bu müqavilə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin yüksək inkişafının bariz nümunəsidir.
Səfir Azərbaycanda böyük beynəlxalq şirkətlərin fəaliyyəti üçün əlverişli şərait olduğunu diqqətə çatdırıb.
“Nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və ümumilikdə Azərbaycanın regionun nəqliyyat xəritəsində aparıcı yer tutması dövlətimizin başçısının bu sahəyə xüsusi qayğısının nəticəsidir. Yeni lokomotivlər ölkəmizdə nəqliyyat xidmətlərinin keyfiyyətini artıracaq. “Alstom” şirkəti ilə imzalanmış müqavilə Azərbaycanı daha güclü regional mərkəzə çevirəcək. İnanırıq ki, bu müqavilə Avropada ən nüfuzlu şirkət olan “Alstom” ilə əməkdaşlığımızın başlanğıcdır. Hər iki şirkət bu əməkdaşlığı daha da genişləndirəcək. Əminəm ki, bu müqavilə ilə ölkəmizin nəqliyyat sahəsində böyük uğurlara imza atacağıq”, - deyə səfir Rəhman Mustafayev vurğulayıb.
O qeyd edib ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan “Alstom” şirkətinə region ölkələri ilə əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar yaradır.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Paşinyanın açıqlamaları Ermənistanın dalana dirənməsinin nəticələridir
19.08.2019
Li Syan Lun: ABŞ və Çin “sehirli həbi” tapmalıdırlar
18.08.2019
ABŞ əsassız olaraq İranı neft tankerlərinə hücumlarda ittiham edir
18.08.2019
“İntihar“ hallarını siyasiləşdirənlər, faciədən gəlir güdənlər
18.08.2019
“Liviyadakı qarşıdurmaları dayandırmaq üçün sadə yol tutmaq lazımdır“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info