Naxçıvanda elmi-praktiki konfrans keçirilib
Tarix: 10.10.2017 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Səhiyyə sisteminin inkişafına dövlət qayğısının artması, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, infrastrukturun yenidən qurulması digər sahələr kimi, stomatologiya sistemində də mühüm irəliləyişlərə, ixtisaslı kadr potensialının yüksəldilməsinə şərait yaradıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Stomatologiyada multidissiplinar yanaşma” mövzusunda keçirilən elmi-praktik konfransda Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva tərəfindən səsləndirilib.
Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov konfransdakı çıxışında qeyd edib ki, universitetdə stomatologiya ixtisasının açılması bu sahədə ixtisaslı kadrların hazırlanmasına vacib töhfələr verir. Naxçıvan Dövlət Universitetinin Türkiyə universitetləri ilə əlaqələri ilbəil genişlənir. Belə əlaqələr zamanı tədrisin təşkili və tibb elminin aktual problemlərinə həsr olunmuş birgə elmi tədqiqatların aparılması, onların nəticələri əsasında konfrans və seminarların keçirilməsi, diaqnostikanın, profilaktika və müalicənin yeni metodlarının tətbiqi məsələlərinin koordinasiyası və elmi-praktik informasiyaların mübadiləsi nəzərdə tutulur.
Tədbirdə Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, “İmplandent” Klinikasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənov, stomatoloqlardan Rövşən Məmmədov, Yıldırım Özgür, Cavid Əhmədbəyli, Esin Özlek və digərləri “Diş əti xəstəliklərinin qeyri-cərrahi müalicəsi”, “Endodontiyada irriqasiya aktivasiya yöntəmləri”, “İmplantologiyada sadədən mürəkkəbə”, “Kompozit restovrasiyalarda rəng anlayışı” və digər mövzularda çıxışlar edib, dünya praktikasındakı son yeniliklərdən söhbət açıblar.
Sonda elmi müzakirələr aparılıb, suallar cavablandırılıb. Konfransda iştirak edən stomatoloqlara və Naxçıvan Dövlət Universiteti tibb fakültəsinin stomatologiya ixtisası üzrə təhsil alan tələbələrinə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, elmi-praktik konfrans Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan İmplantoloq İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info