Bugünkü hərracda beş əmlak özəlləşdirilib
Tarix: 10.10.2017 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın özəlləşdirilməsinə dair növbəti hərrac keçirilib.
 
Komitədən "APA-Economics"ə verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 1-i kiçik dövlət müəssisəsi, 4-ü istifadəsiz qeyri-yaşayış sahəsidir. Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib.
 
Hərracda paytaxtın Səbail rayonunda yerləşən istifadəsiz qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 25 min manat olsa da, sonda 40 min 250 manata özəlləşdirilib.

Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Suraxanı rayonunda yerləşən 148 saylı mağaza olub. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 460 kvadratmetrdən çoxdur.
 
Hərracda ən ucuz qiymətə özəlləşdirilən əmlak isə Ağstafa rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Həmin obyektin ümumi faydalı sahəsi 124,8 kvadratmetr təşkil edir.
 
Özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələri paytaxt üzrə Səbail, Nizami, Nərimanov rayonlarında yerləşir.
 
Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Qeyd edək ki, bölgələrdə özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahəsi Ağstafada yerləşir. Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrinin ümumi faydalı sahələri 15 kvadratmetr ilə 124,8 kvadratmetr arasında dəyişir.
 
Qeyd edilməlidir ki, hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahələri ilə birgə özəlləşdirilir. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Qeyd edilməlidir ki, 2017-ci ildə 40-a yaxın hərrac keçirilib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info