Azərbaycanın postsovet ölkələrinə yatırdığı sərmayənin həcmi artıb
Tarix: 10.10.2017 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Üç illik (2013-2015-ci illər) azalmanın ardından 2016-cı ildə MDB ölkələrinin və Gürcüstanın qarşılıqlı birbaşa xarici investisiyalarının həcmi 7,9% artaraq 45,1 mlrd. dollara çatıb.
 
Bu barədə Avrasiya İnkişaf Bankının İnteqrasiya təhlilləri mərkəzinin hazırladığı hesabatda deyilir.
 
Hesabatda deyilir ki, Rusiya qonşu ölkələrdən iri həcmdə birbaşa investisiya cəlb edib: bu məbləğ 61,1% artaraq 6,1 mlrd. dollara çatıb ki, bu da 2010-2012-ci illərdən sonra ən yüksək göstəricidir.

Birbaşa xarici investisiyaların idxalı baxımından Rusiya postsovet ölkələri arasında yalnız Belarus və Qazaxıstana uduzur.
 
Rusiya, Belarus, Qazaxıstan, Azərbaycan şirkətlərinin daxil olduğu MDB-nin 10 ən iri investorunun payına birbaşa xarici investisiyaların 59%-i düşür.
 
MDB ölkələrinə və Gürcüstana birbaşa xarici investisiyaların ixracı baxımından Azərbaycan yalnız Rusiyaya uduzur. Belə ki, 2016-cı ildə Azərbaycan postsovet ölkələrinə 2,4 mlrd. dollardan çox birbaşa xarici investisiya yatırıb ki, bu da 2015-ci illə müqayisədə 19,4% çoxdur. "İqtisadi azalmaya baxmayaraq, Azərbaycan region ölkələrinə kapital qoymağa hazırdır. İlk növbədə Azərbaycan nəqliyyat layihələrinə yatırım edir. Bununla yanaşı, Azərbaycanın birbaşa xarici investisiya yatırımlarının coğrafiyası (Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna, Belarus) genişlənməkdədir", - sənəddə qeyd edilib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Prezident “ADEX-2018” Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
25.09.2018
Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
25.09.2018
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
25.09.2018
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gedib
25.09.2018
Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info