“ABŞ-ın viza ilə bağlı qərarı müttəfiqlik münasibətlərinə zidd addımdır”
Tarix: 10.10.2017 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


“Türkiyə vətəndaşlarına viza verilməməsi ilə bağlı qəbul edilən qərar ABŞ-a yaraşmayan davranışdır. Bu, müttəfiqlik münasibətlərinə zidd addımdır. Hisslərlə verilmiş qərarlara dövlət idarə edilməz”.
 
Bunu Türkiyənin baş naziri Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Böyük Millət Məclisindəki qrup yığıncağında deyib. Baş nazir qərardan çox təəssüfləndiyini dilə gətirib və bildirib ki, dövlətlər arasındakı problemlər danışaraq həll edilməlidir: “Ölkələr arasında davamlı düşmənlik olmaz.  Bunlar müttəfiq dövlətlərdirsə, bu cür qərar verib vətəndaşları cəzalandırmaq ABŞ kimi böyük bir ölkəyə yaraşmaz və bu davranış problemin həllinə heç bir yardım göstərməz. Buna görə ABŞ-ı daha sağlam düşünməyə çağırıram”.
 
B. Yıldırım ABŞ-ı FETÖ terror təşkilatının rəhbəri Fətullah Güləni hələ də bəsləməkdə ittiham edib: “Ölkəmizdə cinayət törətmiş biri haqqında hüquqi tədbirlər görmək üçün sizdən icazə almalıyıq?! Niyə hələ də Fətullah Güləni orda bəsləyirsiniz? Cinayət törətmiş şəxsin ABŞ hökumətinin işçisi olması ona heç bir üstünlük vermir”.
 
Qeyd edək ki, ötən gün ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
İran Fars körfəzi dövlətləri ilə hücum etməmək haqqında müqavilə imzalamağa hazırdır
26.05.2019
Viqen Akopyan: “Paşinyan komandasında təsir rıçaqını əldə etmək üçün mübarizə gedir”
25.05.2019
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın Qara dəniz düşərgəsini ələ keçiriblər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info