Yarmarkaya 107,5 ton bal çıxarılıb
Tarix: 10.10.2017 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Bu gün ənənəvi olaraq XVIII Arıçılıq məhsullarının sərgi-satış yarmarkasına start verilib. Tədbirdə çıxışında kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun sözlərinə görə, ötən il baş tutan yarmarka ilə müqayisədə bu il həm iştirakçıların sayı, həm də satışa çıxarılan məhsulun həcmi çoxdur: "Bu il 333 nəfər arıçı öz məhsulunu satışa çıxarıb ki, bu da ötən ilkindən 78 nəfər çoxdur. Yarmarkaya 107,5 ton süzülmüş bal, 5,5 ton şanı balı, 1200 tona yaxın digər arıçılıq məhsulları çıxarılıb. Halbuki, ötən il 75 ton süzülmüş bal çıxarılmışdı".
Nazir müavini əlavə edib ki, bu il arıçılar üçün çətin ilin olmasına baxmayaraq, göstəricilər sevindiricidir. "Bilirsiniz ki, may ayında quraqlıq müşahidə olundu ki, bu da arıçılıq məhsullarının keyfiyyətinə və həcminə təsirsiz ötüşməyib. Buna baxmayaraq, yarmarkaya maraq yüksək səviyyədədir. Əminliklə deyə bilərəm ki, respublikamızın bütün iqtisadi rayonlarından olan arıçılar burada təmsil olunur. Ötən il olduğu kimi, bu il də üstünlük Lənkəran zonasındadır. Belə ki, bu regionu 107 nəfər təmsil edir. Eyni zamanda, Şəki-Zaqatala regionundan 76 nəfər, Gəncə-Qazax zonasından isə 60 nəfər qatılıb", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, yarmarkaya çıxarılan məhsullara qarşı ciddi nəzarət tədbirləri həyata keçirilib: "Bütün məhsullardan nümunələr götürülərək respublika laboratoriyasına göndərilib. Söhbət təxminən 3400 nümunədən gedir. 509 nümunə standartların tələblərinə cavab vermədiyinə görə, satışdan kənarlaşdırılıb ki, bu da 22,5 ton bal deməkdir".

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info