Erməni əsgər: “Aloyanın hospitalda isti yerdə yatmasına digər hərbçilər həsədlə baxırlar”
Tarix: 10.10.2017 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Ermənistan silahlı qüvvələrində hökm sürən acınacaqlı vəziyyət havaların soyuması ilə əsgərlər üçün daha da dözülməz həddə çatıb. İstilik sistemlərindən məhrum olan, soyuq hava şəraitində xidmətin çətinliklərinə dözə bilməyən işğalçı ordunun əsgərləri arasında özünəqəsd halları artıb.
AZƏRTAC xəbər verir ki, bir neçə gün əvvəl yeddinci dağatıcı alayının hərbi qulluqçusu Aron Harutunyan xidməti vəzifəsini yerinə yetirməkdən imtina etdiyinə görə barəsində cinayət işi açılıb.
Beşinci dağatıcı alayında müqavilə əsasında xidmət edən Qurqen Qalustyan isə hərbi hissəni özbaşına tərk etdiyi üçün barəsində axtarış elan edilib. Hərbi polisin təzyiqlərinə məruz qalan hərbçinin valideynləri övladlarının taleyindən xəbərsiz olduqlarını bildiriblər.
Altıncı dağatıcı alayın hərbi qulluqçusu isə postda və blindajdakı soyuq şəraitdən bezərək xidmətdən yayınmaq üçün özünə qəsd edib. Yarası ağır olmadığına görə o, alayın tibb məntəqəsində saxlanılır. Məsələni böyütməmək üçün susmağa razılaşan əsgər barəsində cinayət işi açılmayıb.
Hərbi hissələrdə mövcud özbaşınalıq, yerlibazlıq, “dedovşina” ilə bərabər artıq işğalçı ordunun şəxsi heyəti soyuqla da təkbaşına mübarizə aparmaq məcburiyyətində qalıb. Soyuqların düşməsi ilə onsuz da pis olan vəziyyət daha da ağırlaşıb.
Övladları ilə əlaqə yaratmağa nail olan ermənistanlı analar bildiriblər ki, soyuqların düşməsi və yağışların yağması ilə səngərlər su ilə dolub. Dağlıq ərazilərdə və hündürlüklərdə yerləşən postlar daha bərbad vəziyyətdədir. Texnika nasaz vəziyyətdə olduğundan təminat gecikir, gecə qaranlıqda növbə çəkənlərin gözlərinə daim düşmən, basqın görünür, qorxudan tez-tez həyəcan siqnalı verirlər. Valideynlər hiddətlə bildirirlər ki, əsgərlər əl altında olan vasitələrdən sadə üsulla soba qurmağa çalışsalar da, yanacaq çatışmır.
Əsgərlərdən biri valideynlərinə yazıb ki, iş o həddə çatıb ki, Ağdərədə əsgər yoldaşları tərəfindən döyülərək hospitala yerləşdirilən Arsen Aloyanın tibb müəssisəsində isti yerdə yatmasına digər hərbçilər həsədlə baxırlar.




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Gürcüstanın təbii qaza olan ehtiyacının 97 faizi Azərbaycanın hesabına təmin olunur
14.06.2019
“1in.am”: “Rəsmi İrəvanın son addımları Moskva tərəfindən qəbul edilmir”
14.06.2019
Krasnoyarskdakı Azərbaycan diasporu Rusiya Gününü qeyd edib
14.06.2019
Əfqanıstandakı “FETÖ” məktəbləri Türk Maarif Fonduna təhvil verildi
13.06.2019
«ArmenianReport»: ”Görünür ki, biz artıq Fransanı da itirmək ərəfəsindəyik”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info