Sentyabrda nikaha daxil olmaq istəyən 7 nəfərdə QİÇS aşkarlanıb
Tarix: 10.10.2017 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Bu ilin sentyabr ayında nikaha daxil olmaq istəyən şəxslərdə aşkarlanan xəstəliklər açıqlanıb.
 
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya bildirib ki, ötən ay nikaha daxil olmaq istəyən 8 843 nəfər tibbi müayinədən keçib.
 
Z. Əlimirzəyeva qeyd edib ki, 240 nəfərdə talassemiya daşıyıcılığı, 26 nəfərdə sifilis, 7 nəfərdə isə QİÇS xəstəliyi aşkarlanıb. Onun sözlərinə görə, ümumilikdə ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan bu ilin iyul ayının sonuna qədər 333 401 nəfər müayinədən keçib: “Bu dövr ərzində müayinədən keçənlərdən 23 352 talassemiya daşıyıcılığı, 1 262 nəfərdə sifilis, 247 nəfərdə isə QİÇS aşkarlanıb. 122 cütlüyün hər ikisində isə talassemiya daşıyıcısı olub”.
 
İnstitut direktoru əlavə edib ki, 2017-ci ilin 9 ayı ərzində 105 107 nəfər tibbi müayinədən keçib: “Onlardan 32 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı, 13169 nəfərdə talassemiya daşıyıcılığı, 378 nəfərdə sifilis, 84 nəfərdə isə QİÇS xəstəliyi aşkar edilib”.




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
3 ayda Azərbaycan əhalisinin gəlirləri artaraq 12 milyard manatdan çox olub
24.04.2019
Övladlığagötürmədə bu tələblər də əksini tapacaq
24.04.2019
Yaxın vaxtlarda yataqxanalardakı 1200 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək
24.04.2019
Övladlığagötürmə: Yeni idarəetmə modelində valideyn-namizədlərin mənzil şəraiti və gəlirləri ilə bağlı tələblər də əksini tapacaq
24.04.2019
Əlilliklə bağlı göndərişlərin rəsmiləşdirilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən də həyata keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info