Bir ayda ƏƏSMN elektron xidmətlərinə yarım milyondan çox müraciət qeydə alınıb
Tarix: 10.10.2017 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


9 ayda nazirliyin e-xidmətlərinə 7 milyon 6 min 738 dəfə müraciət edilib

Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən sistem xarakterli islahatlar nazirliyin fəaliyyət sahələrinin avtomatlaşdırılmış infrastruktur əsasında formalaşmasına, əhalinin bu sahələr üzrə xidmətlərdən elektron qaydada, real vaxt rejimində, çevik və şəffaf şəkildə istifadəsinə şərait yaradıb. 
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30-a yaxın elektron xidmət fəaliyyət göstərir ki, təkcə ötən ay bu e-xidmətlərə keçən ilin sentyabr ayı ilə müqayisədə 20,7 faiz çox olmaqla 520 205 müraciət qeydə alınıb. Nazirliyin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti yenə də nazirliyin ən çox istifadə olunan e-xidməti olub. Sentyabr ayında bu e-xidmətə 212 161 dəfə müraciət edilib. Eləcə də əhali “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətinə 32 904 dəfə, “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətinə isə 29 362 dəfə müraciət edib. 
Ötən ay “İş yerinə dair arayış”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi”, “Sığortaolunanlara məlumatların verilməsi” və s. e-xidmətləri də daha çox müraciətin qeydə alındığı e-xidmətlər sırasında olublar. Həmçinin “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Pensiya kalkulyatoru”, “Pensiyaçıya məlumatın verilməsi” və digər e-xidmətlərə sentyabr ayında da böyük ictimai maraq müşahidə edilib. 
Ümumilikdə cari ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 7 milyon 6 min 738 müraciət qeydə alınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info