Armen Qriqoryan: “Ermənistanda 800 növ malın qiymətinin artacağı gözlənilir“
Tarix: 10.10.2017 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Hələ üç il bundan əvvəl -2014-cü ilin oktyabrında Ermənistan Avrasiya İqtisadi Birliyinə daxil olarkən bəzi erməni təhlilçiləri və ölkənin hakim dairələri Ermənistanın bu təşkilata daxil olmasını həm iqtisadi, həm də təhlükəsizlik baxımından ölkə üçün böyük önəm kəsb edəcəyini iddia edirdilər.
Xatırlayıram, o vaxtlar erməni politoloq Sergey Minasyan Ermənistanın təşkilata üzvü olmasının ölkənin daxili, iqtisadi siyasəti, eləcə də regional kontekstdə ciddi əhəmiyyət kəsb edəcəyini iddia edirdi. Doğrudur , həmin ərəfədə Ermənistanın bu addımına qarşı çıxış edənlər də var idi. Onlar məhdud çərçivədə olsa da, Irəvanın mərkəzində etiraz aktı keçirməyə cəhd göstərmişdilər. Lakin artıq bütün bunlar arxada qalıb və indi erməni siyasətçilərinin əksəriyyəti bu təşkilatı dəyərsiz bir qrum kimi təqdim etməyə başlayıblar. Nümunə üçün "Aravot" qəzetinə açıqlama verən «Ceymstaun» Fondunun müşahidəçisi, politoloq Armen Qriqoryan Avrasiya İqtisadi Birliyinə üzv olmağı bütün hallarda mənasız bir hal kimi dəyərləndirib. Onun sözlərinə görə, Ermənistanın bu quruma daxil olması, iqtisadi səviyyədə "ümumi biznes mədəniyyəti" daşıyıcılarının maraqları ilə şərtlənirdisə, siyasi sahədə bu, Rusiyaya sevgisini nümayiş etdirmək və bununla da öz hakimiyyətini qorumaq arzusundan başqa bir şey deyildi. «Bundan başqa, Avrasiya İqtisadi Birliyinə üzv olmanın zərərini Ermənistan vətəndaşları bu təşkilata üzv olandan cəmi üç ay sonra hiss etməyə başladılar. Beləliklə, təşkilatın vahid tarifləri qüvvəyə mindikdən sonra, bir çox ərzaq məhsulu da daxil olmaqla, təxminən 3 aydan sonra 800 növ malın qiymətləri artacaq. Bu eyni zamanda, digər mal və xidmətlərin qiymətlərində artımın zəncirvari reaksiyasına səbəb olaraq qiymət artımına növbəti təkan verəcək»-deyə erməni politoloq bildirib. O, Ermənistanın sahibkarlıq subyektlərinin Ermənistan-Avropa İttifaqı Assosiasiyası haqqında sazişinin şərtləri əsasında ittifaqa üzv olan ölkə bazarlarında fəaliyyət göstərə biləcəyini də istisna etmədiyi bildirib.
Erməni ekspertin fikrincə, bu da sonda ölkəsinin Avrasiya İqtisadi Birliyinə üzvlüyünün mənasız olduğunu müəyyənləşdirə bilər. Əslində isə bu, hələ ki, reallıqdan uzaq ola biləcək arzu təsiri bağışlayır. Axı, Ermənistan hökumətinin yüyəni hələ də öz əlində deyil. Bəlkə də elə bunun nəticəsidir ki, bəzi erməni iş adamları hazırkı şəraitdən yararlanmağa çalışırlar:
«Ölkədə qiymətlərin tənzimlənməsini təmin etmək üçün nə hökumət, nə də parlament heç bir tədbir görmür». Bu fikirləri «Birinci informasiya» saytına İrəvan sakini olan erməni qadın bildirib: « Biz hər gün qiymət artımı ilə razılaşmağa məcburuq. Ancaq ölkədə nə məvaciblərin, nə də təqaüdlərini artırılacağı barədə heç bir xəbər yoxdur. Beş ildir ki, minimum əmək haqqı 60 min dram olaraq qalır. Lakin bu beş il ərzində ölkədə satılan malların hər birinin qiyməti dəfələrlə bahalaşıb. Təbii ki, bütün bu çətinlikləri mənim kimi imtiyazsız insanlar yaşayır. Amma heç kim bizim səsimizi eşitmək istəmir».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info