“Bəzi aparıcılar, yazarlar özlərini savadlı göstərmək üçün xarici terminlərdən istifadə edirlər”
Tarix: 10.10.2017 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


“Dilçilik İnstitutunun apardığı monitorinqlərin nəticəsi göstərir ki, Azərbaycan dilinin daxili imkanları hesabına yaranmış sözlərin olmasına baxmayaraq, bəzi aparıcılar, yazarlar yeri gəldi-gəlmədi xarici terminlərdən istifadə edirlər”.
 
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan dilinin müasir problemləri: reallıqlar və vəzifələr” mövzusunda konfransda deyib.
 
Onun sözlərinə görə, xarici terminlərdən istifadə edən aparıcılar özlərini savadlı göstərmək üçün belə edirlər.
 
Akademik bildirib ki, Avropa dilləri ilə yanaşı, Türkiyə türkcəsindən də Azərbaycan dilinə sözlər daxil olur: “Hansı ki, o sözlərin Azərbaycan dilində qarşılığı var. Buna görə də dilimizin alt qatında, arxaikləşən sözlər yenidən aktivləşdirilməlidir”.
 
2013-cü ildə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ni tələsik nəşr adlandıran İ. Həbibbəyli qeyd edib ki, Azərbaycan dilinin orfoqrafiya qaydalarına yenidən baxılmalıdır: “2013-cü il nəşrinə alınma sözlər daxil edilib. Hazırda yeni orfoqrafiya qaydaları hazırlanıb və bu qaydalar müvafiq komissiyanın müzakirəsinə təqdim ediləcək”.


Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info