İsa Həbibbəyli: “Yeni orfoqrafiya qaydaları və lüğətinin yaradılmasına ehtiyac var”
Tarix: 10.10.2017 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


Yeni orfoqrafiya qaydalarının və lüğətinin yaradılmasına ehtiyac var. Bu fikir oktyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Azərbaycan dilinin müasir problemləri: reallıqlar və vəzifələr” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan dilinin hərtərəfli inkişaf etməsi və zənginləşməsi, onun rəsmi dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər, dünya diplomatiyası sahəsində tətbiqi və nüfuz qazanmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, ümummilli liderin həyata keçirdiyi dil siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin həyata keçirilməsi və onların kitabxanalara pulsuz paylanılması bunun parlaq göstəricisidir. Təqdirəlayiq haldır ki, ulu öndər Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə reallaşıb. Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması barədə 2012-ci il 23 may tarixli Sərəncamı ana dilimizin saflığının və zənginliyinin qorunmasında mühüm dönüş olub. Vurğulanıb ki, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbəbdən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur. İ.Həbibbəyli diqqətə çatdırıb ki, bu günədək altı dəfə orfoqrafiya lüğəti hazırlanıb. Ancaq müstəqillik dövrü orfoqrafiya qaydalarına yenidən baxmağı tələb edir.
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli “Ana dilimiz - milli varlığımızdır” müsabiqəsi haqqında tədbir iştirakçılarına məlumat verib.
Konfransda mövzuya dair məruzələr dinlənilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info