“Dağlıq Qarabağı dondurulmuş konfliktə çevirə bilmədilər”
Tarix: 10.10.2017 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Sahib Aliyev: “Ermənistan apreldə hərbi baxımdan necə zərbə yemişdisə, bənzəriylə də diplomatik cəbhədə üzləşdi”

Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev çıxışı zamanı bir sıra vacib məsələlərə toxundu ki, bunlardan biri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı idi.
Toplantıdakı çıxışında dövlət başçısı İlham Əliyev Dağlıq Qarabağ probleminə toxunarkən dedi ki, danışıqları pozmağa çalışan Ermənistan öz məqsədinə çatmadı.
Məsələyə münasibət bildirən millət vəkili Sashib Aliyev deyir ki, artıq bir neçə dəfədir Prezident bu haqda danışsa da, bəlli səbəblərdən çox da detallara varmır:
“Detallar deyəndə nələri nəzərdə tuturuq? Birincisi, Aprel döyüşlərindən sonra Serj Sərkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından Azərbaycana qarşı bir sıra addımlar atılmasını tələb edirdi ki, burada da Qazaxıstan və Belarusun etirazıyla qarşılaşdı. İkincisi, o, öncə bir neçə günə itirdikləri yüksəklikləri geri alacaqlarını, ardından da bunun mümkünsüzlüyünü görüb, Azərbaycan azad etdiyi mövqeləri geri verməsə, heç bir danışıqlara getməyəcəklərini bildirirdi. Bu oldu? Olmadı.
Ermənilərin başqa tələbləri isə Aprel döyüşlərinə bənzər olayların təkrarlanmaması üçün ön xətdə nəzarət mexanizmi yaradılmasıyla bağlı idi. Belədə indi dayandıqları mövqelərə de-fakto sərhəd statusu qazandıracaq bu addımı Azərbaycan təbii ki, rədd etməli idi və etdi də”.
Millət vəkili deyir ki, Serj Sərkisyanın irəli sürdüyü bütün bu tələblərin yerinə yetirilmədiyinə baxmayaraq forpostbaşı danışıqlar stolu arxasında əyləşdirilir, özü də havadarlarının təkidiylə: “Niyə? Ona görə ki, həmən havadarları nə qədər çalışsalar da, Dağlıq Qarabağın dondurulmuş konfliktə çevrilmədiyini görürlər. Və onu da görürlər ki, belə davam etsə, cəbhədə ötən ilin aprelindəkinə bənzər olayların baş vermə ehtimalı çox yüksək, himayə etdikləri Ermənistanın bu döyüşlərdən daha böyük itkiylə çıxması ehtimalı isə ondan da yüksəkdir.  Baxın, “Bloomberg” agentliyi yaydığı bir araşdırma materialında Dağlıq Qarabağı dünyadakı 5 ən qaynar nöqtədən biri, aprel döyüşlərini isə son 23 ilin ən güclü toqquşması kimi dəyərləndirib.
Bu, az öncə dediklərimizi təsdiqləyən daha bir faktdır ki, Dağlıq Qarabağı dondurulmuş konfliktə çevirə bilmədilər. Ona görə çevirə bilmədilər ki, Azərbaycan torpaqlarının işğal altında saxlanmasına seyrçi qalmır, bunun üçün hazırda nəyi etmək mümkündürsə onu da edir.
“Bloomberg”in son 23 ilin ən güclü toqquşması adlandırdığı Aprel döyüşləri də bu yöndə atılan addımlardan biri və bəlkə də ən effektlisi idi. 
Bu döyüşlərdən sonra irəli sürdükləri və bir çoxu havadarlarının da gizlin, yaxud da açıq dəstəklədikləri tələblər rədd edildiyi halda Serj Sərkisyanın danışıqlar stolu arxasında əyləşdirilməsi fikrimcə, o deməkdir ki, Ermənistan apreldə hərbi baxımdan necə zərbə yemişdisə, bənzəriylə də diplomatik cəbhədə üzləşdi.
Burada önəmli olan bilirsinizmi nədir? Dağlıq Qarabağ probleminin həlli ancaq sülh yoluyla mümkündür deyərək əslində konfliktin dondurulmasına çalışanlara, bunun ayrı və daha effektli yolunun olduğunu Azərbaycanın ötən ilin aprelində atdığı addımlarla ortaya qoyması, ən əsası da onu həzm etdirməsidir”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info