Avstriyalı şair BSU-da qonaq olub
Tarix: 10.10.2017 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


Müasir Avstriya poeziyasının görkəmli nümayəndəsi, bir çox nüfuzlu beynəlxalq mükafatlar laureatı Karl Lubomirskinin BSU-nun Filologiya fakültəsinin tələbələri ilə görüşü keçirilib. Bu haqda universitetdən redaksiyamıza məlumat verilib.
Alman dili ixtisası üzrə təhsil alan tələbələr qarşısında çıxış edən şair gənclərə Avstriya ədəbiyyatından, müasir poeziyanın qarşısında duran vəzifələrdən, məşhur alman şairi, Nobel mükafatı laureatı Günter Qrafla görüşlərindən, ümumiyyətlə, öz həyat və yaradıcılıq yolundan ətraflı söhbət açıb. Karl Lubomirski bundan sonra gənclərə öz yeni şeirlərini oxuyub, onları maraqlandıran suallara cavab verib. Dil faktorunun hər şeydən önəmli olduğunu vurğulayan sənətkar 1962-ci ildən İtaliyada yaşamasına və bu dili mükəmməl bilməsinə baxmayaraq, əsərlərini yalnız almanca yazdığını deyib. “Mən alman dilində sözlərin hərarətini hiss edirəm” deyən sənətkar yaradıcılığının Avstriya hökuməti tərəfindən yüksək qiymətləndirildiyini və bir çox mükafatlara layiq görüldüyünü də nəzərə çatdırıb. Sonra şair gənclərə özünün tərcüməçilik fəaliyyətindən və tərcüməçi qarşısında duran vəzifələrdən danışıb. Əsərlərinin 22 dilə tərcümə olunduğunu qeyd edən Karl Lubomirski tərcüməçiliyin xüsusi istedadla bərabər, tərcüməçidən zəhmətkeşlik tələb etdiyini vurğulayıb. Görüşdə şairin bu yaxınlarda Azərbaycanda çapdan çıxmış “Özümdən elə uzağam” adlı şeirlər kitabı da gənc oxuculara təqdim olunub. Yeri gəlmişkən, kitabı orijinaldan dilimizə tanınmış tərcüməçi Çərkəz Qurbanlı çevirib.
Görüşdən sonra avstriyalı qonağı BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edib. N.Əliyeva poeziyanın sərhəddinin olmadığını, onun ölkələri adlayıb qitədən-qitəyə yol açdığını bildirib. BSU rektoru Avstriya şairinin gənclər tərəfindən hərarətlə qarşılanmasını da məhz bu sərhədsizliyin bir nümunəsi olduğunu qeyd edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Karl Lubomirski kitabının Bakıda nəşrindən məmnun qaldığını və heç bir ölkədə belə səmimiyyət görmədiyini qeyd edib. Qonağı Avstriyanın Bakıdakı Səfirliyinin müavini Volfqanq Marxardt və səfirliyin mədəniyyət məsələləri üzrə əməkdaşı Kathavina Mayvhofer müşaiyət edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info