Bişkeklə Astana arasında diplomatik qalmaqal
Tarix: 10.10.2017 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Səlahiyyət müddətinin bitməsinə günlər qalan Atambayev qonşu Qazaxıstanla yeni siyasi müharibəni alovlandırıb
Bu həftə Qırğızıstanda prezident seçkiləri keçiriləcək. Oktyabrın 15-də olacaq seçki ərəfəsində ölkədə siyasi vəziyyət gərginləşməkdədir. Əsas namizədlər olan Sooronbay Jeenbeyevlə Omurbey Babanov arasında gərgin mübarizə gedir. Üçüncü şəxslərin iştirakı ilə münasibətlərin kəskinləşməsi, ortaya kompromatların atılması prosesi sürətlənib. Belə bir məqamda ölkənin prezidenti Almazbek Atambayev tərəfindən edilən gediş seçki sonası üçün yaxşı heç nə vəd etmir. Artıq səlahiyyət müddətinin bitməsinə günlər qalan Atambayev qonşu Qazaxıstanda diplomatik müharibənin alovlandırıb. Buna səbəb isə ötən ay namizədlərdən biri - Babanovun Astanada Qazaxıstan dövlət başçısı Nazarbyevlə görüşməsidir. Həmin vaxt Qırğızıstanın Xarici İşlər Nazirliyi Astanaya nota təqdim etmişdi. Astana narahatlıq üçün əsas görmür. Hakimiyyətin namizədi olan Sooronbay Jeenbeyev həmin görüşdən bir ay əvvəl Astananın qonağı olub. Amma Bişkekdə hesab edirlər ki, Astana Babanovla seçkiyə yaxın görüşməklə kimi dövlət başçısı görmək istədiyini açıqlayıb. Amma rəsmi Bişkek narazılığını artan şəkildə ifadə etməkdə davam edir. Oktyabrın 7-də Qırğızıstanda baş verən yol qəzasında baş nazirin müavini həlak olub. Həmin gün dövlət mükafatlarının təqdimetmə mərasimində çıxış edən Atamayev baş nazirin müavininin ölümü ilə bağlı məsələyə də toxunub və birdən-birə Qazaxıstanın ölkəsində keçiriləcək seçkiyə müdaxiləsi ilə bağlı danışmağa başlayıb: “Mən yaxşı başa düşürəm ki, nəyə görə Astana bizə Babanov kimilərin rəhbərlik etməsinin istəyir. Onlar Bakiyevi də sevirlər (Kurmanbek Bakiyev ölkə prezidenti olub və 2010-cu ildə olan çevriliş zamanı ölkədən qaçıb). Bakiyevlər hələ də bayramları Almatıda keçirirlər”. Qırğızıstan dövlət başçısının diplomatik qalmaqalın əsasını qoyan çıxışı bununla kifayətlənməyib. O, daha sonra bildirib ki, Qazaxıstan dövlət başçısının Babanovu nəzərdə tutaraq “Qırğızıstanın gənc dövlət başçısının olması yaxşıdır” sözlərini ölkəsinin daxili işlərinə müdaxilədir. Atambayev dekabr ayna qədər bu məsələyə son qoyacağını bildirib. Qazaxıstanın deyilənlərə reaksiyası özünü çox gözlətməyib. Qazaxıstanın Xarici İşlər Nazirliyi bəyan edib ki, seçki kampaniyası məqsədi ilə səsləndirilən yalan, iftira, provokasiya xarakterli fikirlər çoxəsrlik tellərlə bir-birinə bağlı olan dost xalqlar arasında münasibətlərə zərbə vura bilməz. Qalmaqal bununla kifayətlənmir. Atambayev baş verənlərə etiraz əlaməti olaraq MDB dövlət başçıları Şurasının toplantısına qatılmaqdan imtina edib. Səbəb- Nazarbayevin orada iştirakıdır. Ekspertlər hesab edir ki, Atambayevin məqsədi Babanovu seçkidə sıxışdırmaqdır. Qazaxıstanlı ekspert Dosım Satpayev hesab edir ki, Babanov Atambayevin müdafiə etdiyi namizədə çox ciddi rəqibdir. Onun sözlərinə görə seçkidən sonra vəziyyət sakitləşəcək. Avrasiya İttifaqının üzvü olan iki ölkəni sıx iqtisadi əlaqə bağlayır. Bu məsələdə qırğızlar Astanadan asılıdır. Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnov hesab edir ki, Babanov ilk turda çətin qələbə qazansın. Ona görə də seçkinin ikinci turunun olması ehtimalı çoxdur.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info