“Türkiyə-ABŞ münasibətlərindəki problemin səbəbkarı ABŞ-dır”
Tarix: 10.10.2017 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-ABŞ münasibətlərindəki problemin səbəbkarının Vaşinqton olduğunu bəyan edib. Belqradda Serbiya prezidenti ilə görüşdən sonra keçirilən mətbuat konfransında Ərdoğan deyib ki, ABŞ-ın Ankaradakı səfirinin Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmaq barədə qərar verməsi və daha sonra ABŞ dövləti adına belə bir qərar verdiyini bəyan etməsi düşündürücüdür: “Əgər vəziyyət belədirsə, ABŞ-ın yüksək vəzifəli rəsmiləri ilə müzakirə edəcəyimiz bir şey yoxdur. Əgər elə deyilsə, səfir belə bir qərarı özbaşına qəbul edibsə, ABŞ hökuməti o səfiri geri çağırmalıdır. Səfirə deyilməlidir ki, Türkiyə-ABŞ münasibətlərini necə pozursan?! Əgər bizim səfir belə bir hərəkət etsəydi, bir dəqiqə belə vəzifədə saxlamazdım”. Ərdoğan ABŞ-ın İstanbuldakı Baş Konsulluğunda çalışan şəxsin FETÖ terror təşkilatı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılması və həbs edilməsi, daha sonra isə konsulluqda çalışan başqa bir şəxs barədə də həbs qərarı verilməsinə toxunub: “Bu, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunda nələrinsə baş verdiyini göstərir. Bu casuslar ABŞ konsulluğuna necə sızıb? Sızmayıblarsa, bu şəxsləri Baş Konsulluğa kimlər işə götürüb? Heç bir dövlət onu daxildən təhdid edəcək casuslara imkan verməz. Dünən də bəyan etdim, Türkiyə bir qəbilə dövləti deyil, belə münasibətə yol verə bilməz. Həmin səfir hazırda vida ziyarətləri həyata keçirir. Biz o səfirin vida ziyarətlərini qəbul etmirik, o səfiri ABŞ-ın Türkiyədəki təmsilçisi də saymırıq”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info