“BP və Azərbaycanın potensialının birləşməsi Xəzərdə yeni kəşflərə gətirib çıxaracaq”
Tarix: 11.10.2017 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Bəxtiyar Aslanbəyli: “Şəfəq-Asiman”ın kəşfiyyatı və işlənməsi Azərbaycanın dəniz sularının tam istismarını təmin edəcək”
“Şəfəq-Asiman” strukturunun kəşfiyyatı və işlənməsi Azərbaycanın dəniz sularının tam istismar olunmasını təmin etmək üçün BP-nin Azərbaycan hökumətinə yardım etmək səylərinin mühüm bir hissəsidir. Bu barədə “Şəfəq-Asiman” blokunun əhəmiyyətini AZƏRTAC-ın müxbirinə şərh edərkən “BP-Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. “2010-cu ilin oktyabr ayında “Şəfəq-Asiman” perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında yeni hasilatın pay bölgüsü sazişinin (HPBS) imzalanması həm Azərbaycan, həm də BP üçün əlamətdar bir hadisə idi. Bu imzalanma həm də Azərbaycan və BP arasında qarşılıqlı etimadı göstərən böyük nailiyyətlərdən biri idi”, - deyə B.Aslanbəyli bildirib. “BP-Azerbaijan”ın vitse-prezidenti qeyd edib ki, “Şəfəq-Asiman” strukturunun kəşfiyyatı və işlənməsi Azərbaycanın dəniz sularının tam istismar olunmasını təmin etmək üçün bizim Azərbaycan hökumətinə yardım etmək səylərimizin mühüm bir hissəsidir. Bu layihə ölkəyə yeni texnologiyalar gətirməklə, mövcud bilik və qabiliyyətlərdən istifadə etməklə Xəzərin zəngin resurslarını üzə çıxarmağı nəzərdə tutur. B.Aslanbəyli xatırladıb ki, 2012-ci ilin əvvəllərində “Giləvar” seysmik gəmisi “Şəfəq-Asiman” üzrə 3 ölçülü seysmik tədqiqat proqramını başa çatdırandan bəri biz əldə edilmiş məlumatın təhlilini aparırıq. Bu, həmin müqavilə ərazisində indiyədək aparılmış ilk 3 ölçülü seysmik tədqiqatdır. 2014-cü ilin birinci yarısında məlumatın təhlili tamamlanıb və onun interpretasiyasına başlanılıb. “Şəfəq-Asiman” üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir. “BP çox ümidvardır ki, bizim aparıcı texnologiyamız və səriştəmizlə Azərbaycanın təcrübə və potensialının birləşməsi Xəzərdə yeni-yeni kəşflərə gətirib çıxaracaq”, - deyə “BP-Azerbaijan”ın vitse-prezidenti əlavə edib. Xatırladaq ki, BP və Dövlət Neft Şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şəfəq” və “Asiman” perspektiv strukturlarının birgə geoloji-kəşfiyyatı və işlənməsinə dair “Qarşılıqlı anlaşma haqqında” memorandumu 2009-cu ildə Londonda imzalayıblar. Sazişin qüvvədə olma müddəti 2010-cu ilin iyulunda başa çatıb. Bu memorandum BP-yə Bakıdan təxminən 125 kilometr cənub-şərqdə yerləşən həmin blokun geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi bağlamaq üçün danışıqlar aparmağa müstəsna hüquq verirdi. Bu blok təxminən 1100 kvadratkilometr ərazini əhatə edir. Blok dənizin dərin sulu hissəsində, suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir. Kollektorun dərinliyi isə təxminən 7 min metrdir. 2010-cu il iyulun 6-da Dövlət Neft Şirkəti və BP “Şəfəq” və “Asiman” perspektiv strukturlarının kəşfiyyatı və işlənməsi üzrə əsas kommersiya prinsiplərinə dair müqavilə imzaladılar. Bu sənəd isə “Şəfəq” və “Asiman” dəniz blokları üçün hasilatın pay bölgüsü sazişinin əsas kommersiya prinsiplərini müəyyən edirdi. “Şəfəq-Asiman” dəniz blokları üzrə hasilatın pay bölgüsü ilə bağlı əsas kommersiya prinsipləri üzrə saziş 30 il müddətinə imzalanıb. Sazişə əsasən “Şəfəq” və “Asiman” perspektiv strukturlarında 4 il müddətində iki quyunun qazılması nəzərdə tutulurdu. BP və Dövlət Neft Şirkətinin hər birinin layihədə hərəyə 50 faiz payı var. Bütün kəşfiyyat işlərinin xərclərini BP öz üzərinə götürmüşdü. Təxmini hesablamalara görə, “Şəfəq” və “Asiman” perspektiv strukturlarında qaz ehtiyatları 300-500 milyard kubmetr təşkil edir. 2010-cu il oktyabrın 7-də isə Dövlət Neft Şirkəti ilə BP şirkəti arasında “Şəfəq-Asiman” perspektiv strukturunun birgə geoloji kəşfiyyatı və işlənməsi haqqında yeni bir hasilatın pay bölgüsü sazişi imzalanıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info