“Pakistan Azərbaycanı hər zaman qətiyyətlə dəstəkləyir”
Tarix: 11.10.2017 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Şahid Xakan Abbasi: “Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində prinsipial mövqeyinin dəyişməzdir”

Pakistanın Baş naziri Şahid Xakan Abbasi Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə ilə görüşüb. Diplomat Pakistanın Baş naziri seçilməsi münasibətilə Şahid Xakan Abbasiyə Azərbaycan Prezidentinin təbriklərini çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayan səfir iki ölkə arasında qardaşlıq əlaqələrinin inkişafında və möhkəmlənməsində hər iki ölkə rəhbərlərinin xüsusi rolunun olduğunu bildirib. Əli Əlizadə Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycana göstərdiyi dəstəyin dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Səfir həyata keçirilən yüksək səviyyəli səfərlər, imzalanan sənədlər, viza rejiminin sadələşdirilməsi sahəsində görülən işlər, ticarət-iqtisadi, müdafiə sənayesi, enerji və digər sahələrdə Pakistanla həyata keçirilən son layihələr haqqında məlumat verib. Şahid Xakan Abbasi də öz növbəsində onun salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib. İki ölkə arasındakı münasibətlərin son illərdə yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Azərbaycan Prezidentinin Pakistana bu il baş tutmuş səfərindən sonra əlaqələrin daha da canlandığını qeyd edib. Baş nazir iki ölkə arasındakı ticarət dövriyyəsinin mövcud potensiala uyğun olmadığını və bu istiqamətdə işlərin aparıldığını da vurğulayıb. Baş nazir Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində prinsipial mövqeyinin dəyişməz olduğunu, Pakistanın Azərbaycanı hər zaman qətiyyətlə dəstəklədiyini vurğulayıb və Kəşmir məsələsində verdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info