Azərbaycan daha güclü regional mərkəzə çevriləcək
Tarix: 11.10.2017 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Azərbaycanın Fransadakı, eyni zamanda, Müqəddəs Taxt-Tacda və Monakodakı səfiri Rəhman Mustafayev Kolmar şəhərinin meri Jilber Meyer ilə görüşüb. Görüşdə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi məsələləri müzakirə edilib. J.Meyer əlaqələrin hazırkı vəziyyətindən məmnunluğunu ifadə edib, Kolmarın qardaşlaşdığı Şəki şəhəri ilə münasibətlərinin getdikcə dərinləşdiyini və geniş spektri əhatə etdiyini vurğulayıb. Səfir Rəhman Mustafayev əməkdaşlıq sahələrinin genişləndirilməsinin əhəmiyyətinə toxunub. O, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb. Dövlət səviyyəsində turizm və idmanın inkişafına xüsusi diqqət verildiyini bildirən səfir bu sahələrdə də əməkdaşlığın genişləndirilməsinin zərurətindən danışıb. Mövcud əməkdaşlığın mədəniyyət, iqtisadiyyat, təhsil və digər sahələri əhatə etməsinin vacibliyini qeyd edib. Onu da qeyd edək ki, Rəhman Mustafayev Fransanın şimal–şərqində yerləşən Belfort şəhərində “Alstom Transportation S.A.” şirkətinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üçün istehsal etdiyi sərnişin lokomotivinin təqdimat mərasimindən sona müsahibəsində bildirib ki, təqdimat mərasimi iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsinin təzahürüdür. Səfir Azərbaycanda böyük beynəlxalq şirkətlərin fəaliyyəti üçün əlverişli şərait olduğunu diqqətə çatdırıb: “Nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və ümumilikdə Azərbaycanın regionun nəqliyyat xəritəsində aparıcı yer tutması dövlət başçısının bu sahəyə xüsusi qayğısının nəticəsidir. Yeni lokomotivlər ölkəmizdə nəqliyyat xidmətlərinin keyfiyyətini artıracaq. “Alstom” şirkəti ilə imzalanmış müqavilə Azərbaycanı daha güclü regional mərkəzə çevirəcək. İnanırıq ki, bu müqavilə Avropada ən nüfuzlu şirkət olan “Alstom” ilə əməkdaşlığımızın başlanğıcdır. Hər iki şirkət bu əməkdaşlığı daha da genişləndirəcək. Əminəm ki, bu müqavilə ilə ölkəmizin nəqliyyat sahəsində böyük uğurlara imza atacağıq”. O qeyd edib ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan “Alstom” şirkətinə region ölkələri ilə əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar yaradır.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info