Ötən illə müqayisədə 2,7 dəfə çox pambıq yığılıb
Tarix: 11.10.2017 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Kürdəmir rayonunda pambıq yığımı kampaniyası davam edir və indiyədək tarlalardan 2004 ton məhsul yığılıb. Rayon İcra Hakimiyyəti xəbər verir ki, toplanan “ağ qızıl”ın 1879 tonu qəbul məntəqələrinə təhvil verilib. Qeyd edək ki, cari mövsümdə rayonda 4027 hektarda pambıq yetişdirilib. Sahələrin 1500 hektarı maşınlarla yığılır. Hazırda hər gün tarlalara 6 pambıqyığan maşın çıxarılır. Qalan sahələrin məhsulu isə əl ilə toplanır. Əl ilə yığıma 2500 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Rayon pambıqçıları hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, məhsulun tez və itkisiz yığılması üçün bütün qüvvələri səfərbərliyə alıblar. Onu da qeyd edək ki, oktyabrın 10-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 71 min 683,17 ton məhsul təhvil verilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur. Belə ki, keçən il oktyabrın 10-dək pambıq qəbulu məntəqələri 27 min 47,40 ton məhsul tədarük etmişdi.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info