Xaçmazda insan alveri ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Tarix: 11.10.2017 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


İnsan alveri ilə məşğul olan cinayətkarlar yalançı nikahlardan da istifadə edirlər. Bu fikir “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi tərəfindən Xaçmaz rayonunda insan alveri ilə bağlı təşkil olunan maarifləndirmə tədbirində səsləndirilib.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Məlumatlı ol ki, insan alveri qurbanı olmayasan” layihəsi çərçivəsində baş tutub. Bu haqda “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbiri giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut Şıxəliyeva rayonda insan alveri ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumat verərək, bu istiqamətdə vətəndaş cəmiyyəti təşkilatları ilə aparılan əməkdaşlığı yüksək qiymətləndirib. Bu istiqamətdə müxtəlif qurumların birgə fəaliyyətinin vacib olduğunu bildirib.
“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova “Məlumatlı ol ki, insan alveri qurbanı olmayasan” layihəsi haqqında geniş məlumat verərək bildirib ki, insan alveri ilə bağlı maarifləndirmə fəaliyyəti çərçivəsindən müxtəlif aksiyalar keçirilib, bukletlər, yaddaş kitabçaları hazırlanıb və eyni zamanda hüquqi yardımlar göstərilib. Təşkilat rəhbəri insan alveri haqqında geniş məlumat verərək, onun potensial qurbanları və həyata keçirilmə yolları haqqında məlumat verib.
Gülayə Səfərova insan alverinin qurbanı olmuş şəxslərin həyat hekayələri haqqında bəzi məqamları görüş iştirakçılarına çatdırmaqla, insan alveri ilə məşğul olan mütəşəkkil cinayətkar qrupların həyata keçirdiyi müxtəlif metodlar haqqında geniş informasiya verib. Bu prosesdə yalançı evliliklər istifadə olunaraq “həyat yoldaşı” tərəfindən xanımının cinsi istismara cəlb olunduğu haqqında faktların da mövcud olduğu bildirilib.
Ekspert qeyd edib ki, əksər hallarda insan alverinin qurbanları öz qohumları, qonşuları və rəfiqələri tərəfində tora salınır. Çünki bu prosesdə psixoloji məqamlar əsas rol oynayır. Bununla yanaşı təşkilat tərəfindən hazırlanmış insan alevri ilə bağlı Yaddaş kitabçaları iştirakçılara təqdim olunub.
Təşkilat rəhbəri əlavə edib ki, insan alveri dedikdə cinsi istismar ilə yanaşı məcburi əməyə cəlb edilmə də başa düşülür. Bununla da bağlı Azərbaycanda faktlar mövcuddur.
Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşı polis leytenantı Emin Nəhmətov rayonda bu istiqamətə görülən tədbirlərdən danışıb və qeyd edib ki, insan alverinə qarşı mübarizə dövlət qurumları ilə yanaşı hər bir vətəndaşın dəstəyi həll edici və mühümdür.
Daha sonra görüş iştirakçılarını maraqlandıran məsələlər ilə bağlı əlavə informasiya verilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq
24.09.2018
“Uşaqlar bizim gələcəyimizdir“
24.09.2018
Gömrük sistemi hərtərəfli dövlət dəstəyi ilə təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info