“Azərbaycan təhlükəsiz ölkədir, bu amil investorlar üçün vacibdir”
Tarix: 11.10.2017 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


"Azərbaycan təhlikəsiz ölkədir və bu amil investorlar üçün olduqca vacibdir". "APA-Economics" xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini "Siemens AG"-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Samir Axundov bildirib.

Onun sözlərinə görə, Azərbaycan bazarı olduqca dinamikdir: "Biz şirkətin Azərbaycanla əməkdaşlığı 250 illik tarixə malikdir: "Siemens AG" 1999-cu ildə Azərbaycana qayıdıb və o gündən bazarın dinamikasını hiss edir. Biz Azərbaycan iqtidsadiyyatının bir çox sektorlarında fəaliyyət göstəririk. Bizim tərəfdaşlarımız arasnda "Bakı Metropoliteni" QSC, AZAL, "Azərenerji" kimi dövlət şirkətləri də var. Azərbaycan təhlükəsiz ölkədir və bu amil onun ən böyük üstünlüklərindədir".

S. Axundov vurğulayıb ki, neftin kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatı üçün bir sıra çətinliklər yaratsa da, hökumət bu çətinliklərin öhdəsindən gələ bilib: "Neftin kəskin ucuzlaşmasında sonra Azərbaycan hökuməti bu çağırışlara cavab verdi. Mən bu baxımdan elektronlaşmanı xüsusi vurğulamaq istərdim. Bir sıra dövlət xidmətlərinin elektronlaşdırılması rəğbətlə qarşılanmaya bilməz. Mən "ASAN xidmət"dən danışmaya bilmərəm. Bu yaxınlarda mənim Almaniyadan olan bir həmkarım Gürcüstanda idi və o, Bakıya gəlmək üçün "ASAN Viza" xidmətinin köməyi ilə çox qısa müddətdə viza alıb Azərbaycana gələ bildi. "ASAN xidmət" investorlar üçün olduqca önəmli layihədir. Belə ki, biz bir sıra xidmətlərdən yararlandığımız zaman vaxt itirmirik, proseslər isə olduqca şəffaf baş tutur. Başqa sözlə, bu kimi amillər ölkəyə xarici kapitalın axınına rəvac verir. Əvvələ qayıtsaq, bir daha deyə bilərəm ki, Azərbaycan hökuməti neftin ucuzlaşmasının yaratdığı fəsadların öhdəsindən məharətlə gəldi".


Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info