Dövlət ipoteka kreditləşməsi artıb
Tarix: 10.05.2013 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Bu ilin aprel ayında Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 16,87 mln. manat həcmində ipoteka krediti verilib. Bu, 2013-cü ilin mart ayına nisbətən 2,2 dəfə, ötən ilin aprel ayına nisbətən isə 29,8% artıqdır.
AİF-dən verilən məlumata görə, ümumilikdə, bu ilin ilk 4 ayında verilən ipoteka kreditlərinin həcmi 32,06 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 39,4% çoxdur.
Ümumilikdə, Azərbaycanda dövlət ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 467,56 mln. manata çatıb. Nəticədə, 2013-cü il mayın 1-nə Azərbaycanda ipoteka kreditinin adambaşına həcmi 48,2 manata çatıb.
Apreldə AİF tərəfindən 8,35 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Ümumilikdə, bu ilin ilk 4 ayında 20,4 mln. manatlıq ipoteka kreditləri yenidən maliyyələşdirilib. Bu, ötən ilin eyni dövrünə nisbətən 23,1% azdır. Nəticədə, indiyədək verilən ipoteka kreditlərinin 363,77 mln. manatı və ya 77,8%-i təkrar maliyyələşdirilib.
Apreldə İpoteka Fondu istiqraz buraxılışı həyata keçirməyib. Nəticədə, ilk 4 ay ərzində buraxılan istiqrazların məbləği 11 mln. manat səviyyəsində qalıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info