İsveçdə radioaktiv qabanlar aşkar edilib
Tarix: 11.10.2017 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Çernobıl faciəsindən 31 il keçməsinə baxmayaraq, bu qəzanın təsir dairəsinə düşən ərazilərdəki heyvanların bədənində radiasiya səviyyəsi hələ də yüksəkdir. Son vaxtlar bu ərazilərdən gələn vəhşi qabanların İsveçdə də görünməsi yerli fermerlərin ciddi narahatlığına səbəb olur.
AZƏRTAC Ecoportal saytına istinadla xəbər verir ki, Uppland və Yevle əyalətlərinin sərhədində güllə ilə vurulmuş vəhşi qabanın bədənində radiasiya səviyyəsini ölçərkən məlum olub ki, bu göstərici İsveç Qida Məhsulları Agentliyi tərəfindən müəyyən edilmiş təhlükəsiz həddindən on dəfə yüksəkdir. “The Telegraph” nəşrinin verdiyi məlumata görə, həmin qaban 31 il əvvəl baş vermiş Çernobıl fəlakəti nəticəsində radioaktiv çöküntülərlə zəhərlənmiş ərazidən keçib.
Ekoloqlar Stokholmdan təxminən 160 kilometr məsafədə yerləşən Yevle bələdiyyəsinin ovçularına radioaktiv qabanlar barədə xəbərdarlıq ediblər.
Alimlər qeyd edirlər ki, Yevle və Uppsala arasında yerləşən bəzi rayonlarda torpağın radioaktiv maddələrlə zəhərlənməsinin təsiri hələ də davam edir. Onlar deyirlər: “Burada radiasiya səviyyəsi bizim indiyə qədər ölçə bildiyimiz ən yüksək dərəcədə - 16.000 Bk/kq həddindədir”.
Beləliklə, radioaktiv qabanlardan tezliklə xilas olmağa ümid etməyə dəyməz.
Bu əraziyə qabanlar getdikcə tez-tez gəlməyə başlayıb və hər dəfə onların sayı artır. Torpaqda dərin çuxurlar qazan qabanlar fermerlərin sağlam heyvanlar üçün saxladığı qidanı yeyir və beləliklə fermerlərə ciddi ziyan vurur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info