16,6 min nəfər bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin olunub
Tarix: 11.10.2017 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya müəssisələrində 16 601 nəfər əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib. Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, həmin insanlardan 6965 nəfər əlilliyi olan şəxsə stasionar şəraitdə bərpa-müalicə xidmətləri göstərilib. Onların sosial statusunun bərpası və cəmiyyətə inteqrasiyası məqsədilə fərdi reabilitasiya proqramları əsasında kompleks bərpa-müalicə tədbirləri həyata keçirilib.

Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illərdə nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində və Uşaq Bərpa Mərkəzində ən yüksək standartlar səviyyəsində bərpa-müalicə şəraiti yaradılıb. Hazırda digər bir sıra reabilitasiya müəssisələrində bərpa-müalicə şəraitinin ən müasir tələblərə uyğun qurulması üçün müvafiq işlər aparılır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bakının Yeni Günəşli yaşayış massivində Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılmaqla, bu təbəqədən olan uşaqların fizioterapevtik müalicə xidmətləri ilə təmin edilməsi imkanları xeyli genişləndirilib.

Hesabat dövründə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən isə 9636 nəfər əlilliyi olan şəxs ehtiyaclarına uyğun şəkildə protez-ortopedik xidmətlərlə təmin olunub. Dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə onlara ümumilikdə 22 453 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi (o cümlədən 645 ədəd əlil arabası, 885 ədəd aşağı və yuxarı ətraf protezi, 1297 ədəd aşağı və yuxarı ətraf ortezi, 6545 ədəd müxtəlif reabilitasiya vasitəsi, 1886 cüt protez ayaqqabı, 3415 cüt ortopedik ayaqqabı, 417 ədəd bel və boyun nahiyəsi üçün korset, 592 cüt qoltuqaltı ağac, 349 ədəd eşitmə aparatı, 966 cüt dirsəkaltı ağac, 495 ədəd dördayaqlı dayaq vasitəsi, 1392 ədəd əsa və s.) verilib.

Protez-Ortopedik Bərpa Mərkəzi və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində amputasiya olunmuş əlilliyi olan şəxslərin protezləşməyə hazırlanması, protezlə təmin edilmiş şəxslərə protezlə hərəkət edilməsinin öyrədilməsi, skoliozlu uşaqların reabilitasiyası və s. istiqamətlərdə reabilitasiya xidmətləri də göstərilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info