“Bakcell“ yüksək sürətli internet təklif edən şirkət kimi ən yaxşı şəbəkə adına layiq görülüb
Tarix: 11.10.2017 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


"Bakcell" "P3 Communication" şirkəti tərəfindən aparılan sınaqların nəticələrinə görə, Azərbaycanda yüksək sürətli internet təklif edən şirkət kimi ən yaxşı şəbəkə (Best in Test) adına layiq görülüb. Bunu "Bakcell"in baş icraçı direktoru Nikolai Beckers bildirib. N.Beckersin sözlərinə görə, "Bakcell" Azərbaycanda ən böyük 4G şəbəkəsinə malik olan şirkətdir. "3G şəbəkəsinə gəldikdə, əsas məqsədimiz 2017-ci ildə bu şəbəkənin regionlarda yayılmasına yönəlib. Hətta ucqar kənddə yaşayan vərəndaşlar belə 3G şəbəkəsindən istifadə edə biləcəklər. Bundan başqa, regionlarda mobil stansiyaların sayını artırmaq prioritetdir. Bu il artıq LTE stansiyalarının sayını 1000-ə çatdırmışıq. Qarşıdan gələn zaman kəsiyində isə fəaliyyətimizlə bağlı onu qeyd etmək istəyirəm ki, 2018-ci ilin büdcəsi və fəaliyyət planları artıq hazırdır və səhmdarlara təqdim olunacaq. Biz əsasən 2018-ci ildə fəaliyyətimiz şəbəkənin keyfiyyətini artırmaq, əhatə dairəmizi daha da genişləndirmək, regionlarda şəbəkələrin sayını artırmaq və 4G şəbəkəsinin daha da inkişaf etdirilməsi və genişləndirməyə yönəldiləcək", - deyə N.Beckers vurğulayıb.
Qeyd edək ki, sertifikat "Bakcell" şirkətinin rəhbərinə təqdim olunub.
Xatırladaq ki, sınaqlar avqust ayında aparılıb və "P3 Communication" şirkətinin bu sınaqları 2-3 həftə çəkib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar
23.04.2019
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib
23.04.2019
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
23.04.2019
Formula 1 yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin olunacaq
23.04.2019
Yusif Babanlı İTV Yayım Şurasına yeni üzv seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info