“Excelsior Hotel Baku” indi daha yaxın oldu
Tarix: 10.05.2013 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Daim öz müştərilərinin rahatlığını düşünən “Excelsior Hotel Baku” oteli qonaqlarına yeni bir xidmət təklif edir. Qonaqların və iştirakçıların oteldə keçirilən tədbirlərə rahat gəlib-getməsi üçün 17 nəfərlik avtobus istifadəyə verilib. “Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər qonaqların xidmətində olacaq. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08.30-dan başlayaraq hər saatın yarısında “Excelsior Hotel Baku” otelinin qarşısından qonaqları Park Bulvara və səhər 09.00-dan başlayaraq hər saatda Park Bulvarın qarşısından “Excelsior Hotel Baku” otelinə aparacaq. Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub.
Bu marşrut isti yay günlərində yalnız qonaqlara deyil, həmçinin “Aura” Sağlamlıq Mərkəzinin xidmətlərindən istifadə edən qonaqları və xüsusilə qadınlar üçün rahatlıq yaradır. Xüsusilə hər zaman gözəl görünməyə və sağlam olmağa çalışan qadınlarımız üçün fitnes üzrə xüsusi təkliflər hazırlanıb. Qadınlar üçün xüsusi təklif həftə içi səhər saat 10:00-dan axşam saat 17:00-a qədər vaxtı əhatə edir. Təklifə fitnes mərkəzindən, açıq və qapalı hovuzdan, sauna, buxar və cakkuzidən istifadə daxildir. Həmçinin, qonaqlar skvoş və açıq havada tennis və oynaya bilərlər. Qadınlar üçün bir aylıq abunə 260 AZN, 3 aylıq abunə 750 AZN və 1 illik abunə 1175 AZN təşkil edir. “Excelsior Hotel Baku” otelinə 496 80 00 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür. Qeyd edək ki, “Excelsior Hotel Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel Baku” mehmanxanası 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” standard otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, “Aura” sağlamlıq mərkəzindən və s. ibarətdir.

İLKIN




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info