BİLGESAM Mərkəzi Əli Həsənovun Xocalı soyqırımı monoqrafiyasını saytında yerləşdirib
Tarix: 11.10.2017 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


İstanbulda fəaliyyət göstərən BİLGESAM Araşdırmalar Mərkəzi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı elmi monoqrafiyasının türk və ingilis dillərindəki elektron versiyalarını öz saytında yerləşdirib.
AZƏRTAC xəbər verir ki, BİLGESAM (Müdrik İnsanlar Strateji Araşdırmalar Mərkəzi) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Türkiyənin və dünyanın aparıcı strateji araşdırmalar mərkəzlərindən biridir. Mərkəz zaman-zaman tədqiqatlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrinə yer verir.
Türkiyədə fəaliyyət göstərən diplomatik korpus, eləcə də nüfuzlu ali məktəblər və strateji araşdırma mərkəzləri elmi ictimaiyyət arasında böyük nüfuza malik olan BİLGESAM ilə əməkdaşlıq edir və bu qurumun nəşrlərinə abunədir.
Qeyd edək ki, “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” monoqrafiyasında XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilərin yaranmış vəziyyətdən istifadə edərək yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını davam etdirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə əsassız ərazi iddiaları irəli sürmələri nəticəsində ölkəmizə qarşı həyata keçirdikləri işğalçılıq siyasətinin ağır nəticələrindən bəhs olunur. Təcavüzkar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ağır terror aktları barədə müfəssəl məlumat verən müəllif yazır: “XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur”.
Səkkiz dildə nəşr olunan monoqrafiyada, həmçinin Xocalı şəhərinin coğrafi quruluşu, onun strateji əhəmiyyəti, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər barədə məlumat verilir. Monoqrafiya Xocalı soyqırımı, ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə məşğul olan tədqiqatçılar, xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, həmçinin geniş oxucu auditoriyası üçün dəyərli mənbədir.
Monoqrafiyanın yaxın aylarda BİLGESAM-ın aylıq nəşri olan, regional və qlobal xarici və təhlükəsizlik məsələləri üzrə siyasi təhlillərə yer verən “Stratejist” jurnalında da nəşr edilməsi nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info