Ankarada azərbaycanlı həkimlərin V Türkiyə Forumu keçirilib
Tarix: 11.10.2017 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Ankarada azərbaycanlı həkimlərin və tibb təhsili alan tələbələrin V Türkiyə Forumu keçirilib. “Nümunəvi həkim olmağa doğru” şüarı ilə təşkil olunan, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşavirliyi və Azərbaycanlı Həkimlər Dərnəyinin birgə təşkilatçılığı, Ankara Güven Xəstəxanasının dəstəyi ilə keçirilən Forumda rəsmi şəxslər, diplomatlar, QHT və KİV təmsilçiləri, qardaş ölkədə işləyən, yaşayan və təhsil alan çox sayda azərbaycanlı, həmçinin, Türkiyə , Azərbaycan, Almaniya və Rusiyadan 300 -ə yaxın həkim və tibb sahəsində təhsil alan tələbə iştirak edib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Türkiyənin rəsmi dairələrindən Foruma göndərilən təbrik məktubları oxunub.
Forumun rəsmi açılışında Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Azərbaycanının Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Azərbaycanlı Həkimlər Dərnəyinin sədri Şahin Hanalioğlu, Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Bəylərov, Ankara Universitetinin tibb fakültəsinin dekanı Gülfem Elif Çelik, Azərbaycan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Türkiyə Cumhuriyyəti Səhiyyə Nazirliyi Tibbi Xidmətlər şöbəsinin müdürü Nurullah Okumuş və başqaları çıxış ediblər.
Çıxışlarda Ümummilli lider Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu inkişaf strategiyasının tarixi nəticələrindən, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin ölkəmizdə yaratdığı hərtərəfli yüksəlişdən, eləcə də təhsil və səhiyyə sahəsində əldə olunan uğurlardan, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin dinamikasının əhəmiyyətindən danışıblar.
Rəsmi açılışdan sonra isə Hacettepe Universiteti tibb fakültəsinin keçmiş dekanı, professor İskender Sayekin "Nümunəvi həkim olmağa doğru" mövzusunda elmi məruzəsi dinlənilib.
Sonra “Türkiyədə xarici həkimlərin təhsili və fəaliyyəti: problemlər və həlli yolları”, “Sağlamlıq sistemləri” və “Nümunəvi həkimlik sənətçilərin baxışında” mövzularında panellər təşkil olunub.
Azərbaycanın incəsənət xadimləri - aktyor və rejissor Cahangir Novruzov və pianoçu İslam Manafov qatıldıqları, böyük marağa səbəb olan “Sənətkar baxışı ilə nümunəvi həkimlik” panelində iki korifey həkimliyi fərqli bir perspektivdən dəyərləndirərək gənc həkimlərlə öz həyat təcrübələrini bölüşüb, onlara məsləhətlər veriblər.
Forumun 2-ci günüdə- oktyabrın 8-də isə “Azərbaycandakı tibb təhsilində yeniliklər”, “Azərbaycanda elmi dərəcəli həkimlər üçün iş imkanları”, “Elmi dərəcəli həkimlərin Azərbaycanın səhiyyə sisteminə töhfələri” və “Ölkə xaricində mütəxəssis olmaq və tədqiqat imkanları” mövzularında panellər təşkil olunub.
Müzakirələr zamanı Azərbaycanlı Həkimlər Dərnəyinin sədri Şahin Hanalioğlu, Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Bəylərov, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev, tanınmış həkimlərdən - Üzeyir Rəhimov, Ramin Bayramlı, Vaqif Qələndərli, Barat Yusubov, Fuad Novruzov, Tural Rəhimli, Əli Quliyev, İkram Rüstəmov, Cabir Gülmalıyev və başqalarının çıxışları dinlənilib.
İki gün davam edən Forumda ümumilikdə Azərbaycanda tibb elmi və səhiyyənin inkişafı, bu sahədə Türkiyə ali məktəblərinin yeri və rolu, ölkəmizdə səhiyyə işçiləri üçün yaradılan şərait, həyata keçirilən dövlət tədbirlərinin nəticələri və s. kimi məsələlər ətrafında müzakirələr aparılıb. Xüsusilə, Türkiyədəki Azərbaycanlı həkimlərin problemlərinin həlli üçün Azərbaycanlı Həkimlər Dərnəyinin son illərdə gördüyü işlər və əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib.
Forumun sonunda Azərbaycanlı Həkimlər Dərnəyinin idarə heyəti üzvləri - Şahin Hanalioğlu, Fərid Qasımzade, Nəsiman Alılı ve Bəylər Bəylərov iştirakçılarla dərnəyin gələcək planları və Azərbaycanla yaxın əməkdaşlıq imkanlarını müzakirə ediblər.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
4 ölkə OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinə üzv seçilib
18.03.2019
“Azərxalça”nın Goranboy və Tərtər filiallarında ilk xalçalar kəsilib
18.03.2019
Enterprise Azerbaijanın növbəti startap təlimi Azərbaycan Universitetində keçirilib
18.03.2019
Binədə 2 küçə təmir edilib
18.03.2019
İnam Kərimov: “Qarşımıza qoyulan vəzifə məhsuldarlığın artırılmasına nail olmaqdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info