Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi azalmaqdadır
Tarix: 11.10.2017 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-avqust aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 110 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 15 mlrd. 21,2 mln. dollar, o cümlədən ixracın dəyəri 9 mlrd. 720,4 mln. dollar, idxalın dəyəri 5 mlrd. 300,8 mln. dollar təşkil edib, nəticədə 4 mlrd. 419,6 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7% faiz artıb, real ifadədə isə 13,3%, o cümlədən ixrac 8,9%, idxal 20% azalıb.

Ticarət dövriyyəsinin 35,7%-i (yanvar-iyul ərzində 37,3%) Avropa İttifaqı ölkələri, 13,2%-i (dəyişməz qalıb) MDB üzvü dövlətləri, 51,1%-i (49,5%) isə dünyanın digər ölkələrinin payına düşüb.

İxracın dəyərinin 21,4%-i İtaliyaya, 14,2%-i Türkiyəyə, 6%-i Çinə, 5,1%-i Rusiyaya, 4,7%-i Gürcüstana, 4,4%-i Çexiyaya, 4,2%-i İsrailə, 3,8%-i Hindistana, hər biri 3,7%-i olmaqla Tayvan (Çinin əyaləti), Almaniya və Portuqaliyaya, 3,4%-i Kanadaya, qalan 21,7%-i isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.

İdxal olunmuş məhsulların dəyərinin 17,2%-i Rusiyanın, 15,3%-i Türkiyənin, 10%-i Çinin, 7,8%-i ABŞ-ın, 4,7%-i Almaniyanın, 4,4%-i Ukraynanın, 3,9%-i İtaliyanın, hər biri 3%-i olmaqla İran və Birləşmiş Krallığın, 2,8%-i Braziliyanın, 2,2%-i Norveçin, 1,7%-i Fransanın, 24%-i isə digər ölkələrin payına düşüb.

Bu ilin yanvar-avqust aylarında 963,5 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-avqust aylarına nisbətən faktiki qiymətlərlə 30,1%, real ifadədə isə 27,4% çoxdur.

Bu ilin yanvar-avqust aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 86,3%, təzə meyvə – 34,6%, kartof – 50,7%, tütün – 92,1%, bitki yağları – 14,2%, çay – 53,8%, meyvə və tərəvəz şirələri – 75,8%, təbii üzüm şərabları və üzüm suslosu – 73,5%, meyvə və tərəvəz konservləri – 0,8%, pambıq lifi – 6,3 dəfə, bentonit gili – 3,7 dəfə artıb, şəkər ixracı isə 34,4%, marqarin, qida üçün yararlı digər qarışıqlar – 2,8%, polietilen – 0,4%, emal olunmamış alüminium – 26,8%, qara metallardan borular – 6,9%, qara metallardan yarımfabrikatlar – 28,3%, pambıq ipliyi – 34,1% azalıb.

2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə 2017-ci ilin yanvar-avqust aylarında bitki yağları idxalı 2,7%, kərə yağı, digər süd yağları və pastaları – 5,8%, təzə meyvə – 8,6%, çay – 1,6%, quş əti və onun əlavə məhsulları – 55,2%, mal əti – 2,2 dəfə, minik avtomobilləri – 63,5%, polad prokatı – 7,9%, hesablama maşınları, blok və qurğuları – 70,9%, mebel – 2,4 dəfə, qara metallardan çubuqlar – 18,7%, rezin şinlər – 38,2%, mineral gübrələr – 2,9 dəfə, məişət kondisionerləri – 25%, qara metallardan künclüklər – 35,2%, paltaryuyan maşınlar – 77,8%, yük avtomobilləri – 76,3%, avtobuslar – 2,5 dəfə artıb, buğda idxalı isə 36,2%, xam şəkər və şəkər – 8,7%, kartof – 5,2%, təzə tərəvəz – 44,7%, qara metallardan borular – 63,1%, polietilen – 20,6%, sement və sement klinkerləri – 93,8%, məişət soyuducuları – 28% azalıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
24.09.2018
Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info