UNEC-də ictimai mühazirə
Tarix: 11.10.2017 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


“Məqsədimiz iqtisadi artıma töhfə verəcək tədqiqatların genişləndirilməsidir”
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ölkənin aparıcı universitetlərində aparılan uğurlu iqtisadi islahatlara həsr olunan ictimai mühazirələrə start verib. İlk ictimai mühazirə UNEC-də keçirilib. UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, 2004-2014-cü illərdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycan dünyada iqtisadi artım sürətinə görə ön sıralarda qərarlaşıb. Neftdən əldə olunan gəlirlər hesabına infrastruktur modernləşdirilib, qeyri-neft iqtisadiyyatı inkişaf etdirilib, əhalinin sosial rifahı yaxşılaşdırılıb, ölkədə ÜDM-dən çox həcmdə strateji valyuta ehtiyatları yaradılıb. Lakin 2014-cü ildən başlayaraq neft qiymətlərinin kəskin azalması və ticarət tərəfdaşı ölkələrində iqtisadi böhran nəticəsində ölkədə iqtisadi artım sürətinin səngiməsi, institusional və struktur çağırışlar, maliyyə-bank sektorunda baş verən proseslər Azərbaycanda yeni iqtisadi inkişaf yanaşmasına keçid zərurəti yaradıb, deyə bildirən Ə.Muradov buna görə də milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 Strateji Yol Xəritəsi hazırlandığını vurğulayıb. Strateji Yol Xəritələrində nəzərdə tutulan layihələrin həyata keçirilməsi istiqamətində görülən işlərdən bəhs edən rektor, “UNEC olaraq məqsədimiz ölkədə həyata keçirilən iqtisadi islahatların əsaslandırılması, iqtisadi artıma töhfə verəcək tədqiqatların genişləndirilməsidir” deyə, bildirib. O, UNEC-də mövcud potensialın reallaşdırılması üçün maksimal dərəcədə əlverişli şəraitin yaradıldığını diqqətə çatdırıb. İTKM-nin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks iqtisadi islahatlar nəticəsində xarici şokların təsiri altında yaranmış çətinliklər geridə qalıb. O, ölkədə qeyri-neft sektorunun dünya üzrə orta iqtisadi artım tempindən daha üstün yüksəlişi gözlənildiyini diqqətə çatdırıb: “Aparılan iqtisadi islahatlar, yaradılan sənaye, aqrar və texnoparklar 2018-ci ildə qeyri-neft sektorunda bum yaşanacağını göstərir. Artıq kommersiya bankları da real sektorun maliyyələşməsində iştirakı gücləndirməyə başlayıblar”. V.Qasımlı bildirib ki, dövlət investisiya proqramı iqtisadi inkişafı dəstəkləyəcək və 2018-ci il qeyri-neft sektorunda sürətli inkişafını təmin edəcək”. Tədbirbə ictimai mühazirələrin təhsil-elm-islahat sintezinin yaradılması baxımından əhəmiyyəti vurğulanıb. UNEC-in professor-müəllim heyəti və tələbələrinin sualları cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
AFR bundestaqının büdcə komitəsi martın 20-də sabiq prezidentlərə və kanslerlərə xidmət göstərən heyətin ixtisar edilməsi, habelə sabiq prezidentlərin və kanslerlərin əlavə gəlirlərinin olması müəyyən edilsə, onların pensiyalarının məbləğinin azaldılması barədə qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, istefada olan dövlət başçısının sərəncamında yalnız bir sürücü, bir dəftərxana işçisi, iki yardımçı referent və bir katib qalacaq. Səfərləri zamanı sabiq dövlət başçısının komandasının deyil, yalnız özünün pulu büdcədən ödəniləcək. Pensiyalara əlavələr olanda “sabiqlərin“ əlavə gəlirləri nəzərə alınacaq. Bundestaqda gizlətmirlər ki, deputatları bu addımı atmağa ölkənin sabiq kansleri Gerhard Şröderin “Qazprom“la münasibətləri sövq edib.
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


22.03 09:12 AFR bundestaqının büdcə komitəsi martın 20-də sabiq prezidentlərə və kanslerlərə xidmət göstərən heyətin ixtisar edilməsi, habelə sabiq prezidentlərin və kanslerlərin əlavə gəlirlərinin olması müəyyən edilsə, onların pensiyalarının məbləğinin azaldılması barədə qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, istefada olan dövlət başçısının sərəncamında yalnız bir sürücü, bir dəftərxana işçisi, iki yardımçı referent və bir katib qalacaq. Səfərləri zamanı sabiq dövlət başçısının komandasının deyil, yalnız özünün pulu büdcədən ödəniləcək. Pensiyalara əlavələr olanda “sabiqlərin“ əlavə gəlirləri nəzərə alınacaq. Bundestaqda gizlətmirlər ki, deputatları bu addımı atmağa ölkənin sabiq kansleri Gerhard Şröderin “Qazprom“la münasibətləri sövq edib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info