Azərbaycan Qaçqınlar Cəmiyyəti ulu öndərin 90 illiyi ilə bağlı konfrans keçirdi
Tarix: 10.05.2013 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Qaçqınlar Cəmiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Qaçqınlar Cəmiyyəti və Azərbaycan Milli QHT Forumu ulu öndər Heydər Əliyevin 90 illiyi münasibətilə Beynəlxalq Mətbuat Mərkəzində “Heydər Əliyev azərbaycanlıların deportasiyasına və soyqırımına tarixi-siyasi qiymətin banisidir” mövzusunda konfrans keçirib.
Konfransdan əvvəl nümayəndə heyəti Fəxri xiyabanda olmuş, ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.
Konfransın əvvəlində tədbir iştirakçıları dünya azərbaycanlılarının ümummilli lideri, ulu öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda həyatını itirmiş bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədr əvəzi Əziz Ələkbərli ulu öndər Heydər Əliyevin Azərbaycanın yeni tarixində bir çox ilklərə imza atdığını, bu ilklər sırasında azərbaycanlıların deportasiya və soyqırımına tarixi-siyasi qiymət verilməsinin də olduğunu xüsusi qeyd edib. Daha sonra natiq azərbaycanlıların tarixən üzləşdiyi soyqırımı və deportasiyalardan danışıb: “Ulu öndər Heydər Əliyev azərbaycanlıların deportasiyasına və soyqırımına dair 1997 və 1998-ci illərdə imzaladığı tarixi fərmanlarla xalqımıza qarşı törədilmiş tarixi cinayətlərə ilk dəfə olaraq tarixi-siyasi qiymət verdi və hər iki məsələnin siyasi və elmi dövriyyəyə daxil olmasını təmin etdi. Təsadüfi deyil ki, Azərbaycanda deportasiya və soyqırımına dair elmi tədqiqatlara da məhz bu qərardan sonra start verildi”.
Konfransda “Vətəndaşların Sosial Rifahı Naminə” İB-nin sədri, MQF İdarə Heyətinin sədr müavini İradə Rizazadə, Beynəlxalq Diaspor Mərkəzinin sədr müavini Samir Adıgözəlli, Əsgər Anaları Şurasının sədri, professor Leyla Gərayzadə, Azərbaycan Qaçqınlar Cəmiyyəti İdarə Heyətinin üzvü Cəmşid İrzaquliyev, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi, Azərbaycan Qaçqınlar Cəmiyyəti İdarə Heyətinin üzvü, tədqiqatçı Kamil Məmmədov, Türkiyə Universitetləri Məzunları İB-nin sədri Çingiz Bayramov və başqaları çıxış edərək azərbaycanlıların deportasiyası və soyqırımına tarixi-siyasi qiymət verilməsində ulu öndərin rolundan bəhs ediblər.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni isə Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən tədbirlərin əhəmiyyətini vurğulayaraq bu tədbirləri Heydər Əliyev siyasi irsinin araşdırılması istiqamətində bir şans kimi dəyərləndirib. O qeyd edib ki, XX əsrdə Azərbaycan xalqı bir çox dahilər yetişdirsə də, dövlətçilik və siyasi baxımdan Heydər Əliyevin xidmətləri əvəzsizdir: “Onun yenidən hakimiyyətə qayıtması ölkədə baş verən müəmmalı hadisələrə aydınlıq gətirdi və faciələrdən xalqımızı xilas etdi. Onun deportasiya və soyqırımı ilə bağlı verdiyi sərəncamlar xüsusi əhəmiyyət kəsb edir”.
Tədbirin sonunda Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədr əvəzi Əziz Ələkbərli bu gün Azərbaycanın dövlət başçısı möhtərəm Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, Heydər Əliyev Fondunun sədri, millət vəkili Mehriban xanım Əliyevanın gərgin əməyi nəticəsində Azərbaycan həqiqətlərinin artıq dünya ictimaiyyətinə çatdırıldığını və Azərbaycanın bugünkü yüksəlişinin dövlətimizin və millətimizin gələcəkdə daha böyük hədəflərə çatacağına təminat verdiyini qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info