“Akademikin son əsəri“ kitabının təqdimatı keçirilib
Tarix: 11.10.2017 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Yazıçılar Birliyində (AYB) Xalq şairi Sabir Rüstəmxanlının "Akademikin son əsəri" kitabının təqdimat mərasimi keçirilib.
APA-nın xəbərinə görə, Xalq şairi Fikrət Qoca çıxışında deyib ki, S. Rüstəmxanlı həm yaxşı şair, həm də yaxşı yazıçıdır.
AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib ki, S. Rüstəmxanlı bədii yaradıcılıqda "Ömür kitabı" ilə yüksəlişə nail olub: "Sabir bəyin xalq hərəkatında iştirakı, mitinqlərdə çıxışı yaddaşlarda unudulmaz iz buraxıb. Əsərdə bəzi obrazlar elə öz adları ilə verilib. Düşünürəm ki, "Akademikin son əsəri" kitabını hamı, xüsusən də gənc nəsil oxumalıdır. Çünki əsərdə yeni informasiyalar var".
"Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva qeyd edib ki, əsər maraqlı materiallarla zəngindir: "Bu kitab məktəblərə paylanmalıdır. Burada söz verirəm ki, əsərin "Kaspi" liseyində müzakirə və təqdimatını təşkil edəcəyik. Mən ümumiyyətlə? Sabir bəyin qələmindən çıxan bütün əsərləri oxumağa çalışıram. Kitabda Turan ideyası ilə bağlı da məqamlar var. Bu əsərlə Sabir bəy sanki bugünkü nəsli daha ayıq-sayıq olmağa səsləyib. Azərbaycanın başına gətirilən bəlalar əsərdə dolğun formada işlənilib".
Rejissor Rövşən Almuradlının fikrincə, əsərdə müəllifin vətəndaş mövqeyi, keçmiş və gələcəklə bağlı vətəndaş narahatlığı var. Millət vəkili Fəzail İbrahimli deyib ki, "Akademikin son əsəri" təkcə bədii yox, həm də tarixi əsərdir və əsərin qəhrəmanı tarixçi-alim Ziya Bünyadovdur.
Təqdimat mərasimi müzakirələrlə davam etdirilib.
Qeyd edək ki, "Akademikin son əsəri" Azərbaycan xalqının üzləşdiyi yeni fiziki və mənəvi repressiyaya - genetik savaşa həsr edilib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info