“Pensiya sistemi və onun əsas prioritetləri” mövzusunda ixtisasartırma kurslarının təşkilinə başlanılıb
Tarix: 11.10.2017 | Saat: 21:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi tərəfindən “Pensiya sistemi və onun əsas prioritetləri” mövzusunda ixtisasartırma kurslarının təşkilinə başlanılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin mütəxəssisləri üçün nəzərdə tutulan kursların təşkili müvafiq sahədə çalışan əməkdaşların pensiya sisteminə dair bilik və təcrübəsinin artırılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, həmçinin müvafiq sahədə dünya təcrübəsi ilə tanışlığına şərait yaradılması məqsədinə yönəlib. Kurslar nazirliyin struktur bölmələrində çalışan dövlət qulluqçularının mütəmadi olaraq ixtisaslarının artırılması üzrə 2017-ci il üzrə təsdiq edilmiş tədris proqramına əsasən həyata keçirilir. Müvafiq tədris qrafikinə uyğun olaraq cari ilin sonunadək kurslara Fondun rayon (şəhər) şöbələrinin pensiya sektorlarının müdirləri, baş məsləhətçiləri və məsləhətçilərindən ibarət 300 nəfərədək mütəxəssisin cəlb olunması nəzərdə tutulub.
Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin mütəxəssisləri üçün “Tibbi-sosial ekspertizanın və əlillərin reabilitasiyası işinin təşkilinin əsas məsələləri”, habelə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının mütəxəssisləri üçün “Əhalinin sosial müdafiəsi sistemi və onun əsas prioritetləri” mövzusunda metodik vəsaitlərin hazırlanması işləri də davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
07.12.2018
“Əlillik qüsur deyil” kitab-albomu digər dillərdə də nəşr olunacaq
07.12.2018
330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb
07.12.2018
Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib
06.12.2018
45 nəfər əlilliyi olan şəxs Naxçıvandakı müalicə müəssisələrinə yola salınıb
06.12.2018
278 şəxs güzəştli mənzilə sahib olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info