Göyçayın 21 kəndinə yeni içməli su xətləri çəkilir
Tarix: 11.10.2017 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin imzaladığı “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2017-ci il 17 mart tarixli Sərəncama uyğun olaraq, hazırda Göyçay rayonunun kənd yaşayış məntəqələrinə yeni layihə əsasında içməli su xətləri çəkilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, “Azərsu” ASC-nin sifarişi ilə rayonun 15 kəndində müxtəlif diametrli plastik borularla daşıyıcı və məhəllədaxili paylayıcı su xətlərinin çəkilişi, bulaqların inşası işləri uğurla davam etdirilir. Kəndlərdə su xətlərinin çəkilişinə 5 ay öncə başlanılıb və hazırda son tamamlama işləri görülür. Bəzi kəndlərə suyun verilməsi ilə bağlı artıq sınaq işləri görülür. Bığır, Hacalıkənd, Qarabaqqal və Çayarxı kəndləri Göyçay şəhərinin sənaye zonasında mövcud olan subartezian quyularından, digər 11 kənd isə Ucar magistral su kəmərindən götürülən su ilə təmin olunacaq.
Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Göyçayın 6 kəndində modul tipli sutəmizləyici qurğuların inşasına başlanılıb. Yeni layihələr əsasında sutəmizləyici qurğuların quraşdırılması üçün torpaq sahəsi və su mənbəyi seçilib, bünövrə-beton işləri görülüb. Hazırda tikinti-quraşdırma işləri həyata keçirilir, kənddaxili su xətləri çəkilir.
Qeyd edək ki, rayonun 21 kəndində əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində həyata keçirilən bu layihələr başa çatdıqdan sonra ümumilikdə 33 min 993 nəfər ekoloji cəhətdən təmiz içməli su ilə təmin ediləcək. Cari ilin sonunadək bütün kəndlərdə yeni su xətlərinin çəkilişinin başa çatdırılması və əhaliyə suyun verilməsi nəzərdə tutulur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info