: “Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsi önəmlidir”
Tarix: 11.10.2017 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova etimadnaməsini bu ölkənin Prezidenti xanım Doris Löytharda təqdim edib. İsveçrə Prezidenti səfiri hazırkı vəzifəyə təyin olunması münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Səfir Xanım İbrahimova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını İsveçrə Prezidenti Doris Löytharda çatdırıb. İsveçrə ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsinin önəmini vurğulayan Doris Löythard Azərbaycan Prezidenti ilə Davos İqtisadi Forumu çərçivəsində görüşdüyünü və bu görüşlərin ənənəvi xarakter aldığını söyləyib. İsveçrə Prezidenti Doris Löythard onun ən xoş arzularının və salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib. Səfir ölkəmizin İsveçrə ilə münasibətlərə böyük önəm verdiyini qeyd edib, ölkə başçıları səviyyəsində aparılan siyasi dialoqun əsasında digər sahələrdə də əməkdaşlıq üçün imkanlar yarandığını diqqətə çatdırıb. Xanım İbrahimova səfir olaraq mövcud əlaqələri daha da gücləndirmək və yeni əməkdaşlıq istiqamətlərini müəyyən etmək əzmində olduğunu bildirib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunulub, İsveçrə tərəfinin bu münaqişənin həlli üzrə danışıqlar üçün platforma təqdim etməsi məmnunluqla qeyd edilib. Söhbət zamanı iki ölkə arasında enerji sahəsindəki əməkdaşlıqdan da bəhs olunub, “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya çıxarılması və bununla da Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. X.İbrahimova İsveçrə şirkətlərinin Azərbaycanda, SOCAR-ın isə İsveçrədə fəaliyyətinə toxunub, ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib və İsveçrə şirkətlərinin qeyri-neft sektoruna sərmayə yatırmaqla bu işə töhfə verməsini müsbət hal kimi qeyd edib. Görüşdə, həmçinin iki ölkənin işgüzar dairələri arasında əlaqələrin qurulması baxımından birgə biznes forumların və müştərək iqtisadi komissiyanın fəaliyyətinin vacibliyi vurğulanıb, eləcə də iki ölkənin parlamentlərindəki dostluq qrupları arasında əməkdaşlığın əhəmiyyəti qeyd edilib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info