: “Azərbaycan və Belarus əməkdaşlığı strateji xarakter daşıyır”
Tarix: 11.10.2017 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


Azərbaycanın və Belarusun birgə istehsalı olan məhsullar İran, Türkiyə bazarlarına çıxarılacaq
“Belarus Azərbaycan ilə siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin inkişafına xüsusi önəm verir”. Bu fikri Minskdə səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşündə Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviç bildirib. Belarusla Azərbaycan arasında tarixi dostluq əlaqələrindən söz açan Mixail Myasnikoviç deyib ki, ölkələrimiz dövlət müstəqilliklərini bərpa etdikdən sonra ikitərəfli münasibətlər strateji müttəfiqlik müstəvisinə qədəm qoyub. Son illər hər iki ölkənin dövlət başçılarının ikitərəfli rəsmi səfərlərinin qarşılıqlı əlaqələrin inkişafına xüsusi təkan verdiyini vurğulayan Belarus Respublika Şurasının sədri bildirib ki, hazırda Belarusda Azərbaycanın 58 şirkəti fəaliyyət göstərir. Azərbaycanda isə Belarusun 70-ə yaxın müxtəlif fəaliyyətli şirkəti mövcuddur. “Düşünürəm ki, hər iki ölkə investisiya qoyuluşunu artıra bilər. Parlamentlərimiz bu istiqamətdə fəaliyyətlərini gücləndirə, müxtəlif təkliflərlə çıxış edə bilərlər”, - deyə o qeyd edib. Mixail Myasnikoviç bildirib ki, son 10 ildə Belarus Gəncə avtomobil zavodunda traktor, yük avtomobili yığılması və kommunal texniki avadanlıqlar üçün Azərbaycana 400 milyon dollar məbləğində məhsul ixrac edib. Zavodda BELARUS markalı təxminən 10 min traktor və 4 minə yaxın yük avtomobili istehsal edilib. Sədr təklif edib ki, Azərbaycanın və Belarusun birgə istehsalı olan məhsullar İran, Türkiyə bazarlarına çıxarılsın. Azərbaycan və Belarus əməkdaşlığı strateji xarakter daşıyır. Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Azərbaycan və Belarus arasında istər siyasi, istər iqtisadi sahədə əlaqələr inkişaf edir, heç bir fikir ayrılığı yoxdur: “Azərbaycan və Belarus prezidentləri arasında səmimi dostluq münasibətləri var. Biz həmişə dost kimi bir-birimizi dəstəkləmişik. Beynəlxalq təşkilatlarda hər iki ölkənin sıx əməkdaşlığı mövcuddur. Düşünürəm ki, bu əməkdaşlıq daha da inkişaf və yeni formatda davam etdirilməlidir”. Milli Məclisin sədri qeyd edib ki, regional parlament qurumları yaradılmalıdır və bu istiqamətdə Azərbaycan və Belarus parlamentləri birgə çalışa bilərlər. Oqtay Əsədov vurğulayıb ki, Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq da yüksək səviyyədədir. Bu sahədə əməkdaşlıq daha da inkişaf etdirilir. Belarusun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayan Milli Məclisin sədri bildirib ki, 2016-cı ilin aprel ayında cəbhə xəttində baş vermiş hadisə zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko dərhal bəyanat verərək Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Görüşdən sonra brifinq keçirilib. Oqtay Əsədov brifinqdə deyib ki, Azərbaycanda və Belarusda turizmin inkişafı üçün iki ölkə arasında aviareyslərin sayı artırılmalıdır və bu məsələ Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviçlə görüş zamanı müzakirə edilib. Milli Məclisin sədri Belarus Respublika Şurasının sədrini Azərbaycana rəsmi səfərə dəvət etdiyini diqqətə çatdırıb. Mixail Myasnikoviç Oqtay Əsədovla görüşünü yüksək qiymətləndirib, səmərəli müzakirələrin aparıldığını söyləyib. O bildirib ki, Azərbaycan Milli Məclisinin sədrinin Belarusa rəsmi səfəri iki ölkənin parlamentləri arasında münasibətlərin inkişafında yeni səhifə açacaq.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info