Kataloniya separatizminin pərdəarxasındakı şəxs: Corc Soros!
Tarix: 11.10.2017 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


“La Vanguardia”: “Kataloniyanın müstəqilliyi uğrunda mübarizə aparan iki əsas təşkilatın sponsoru Sorosdur”

Madrid hökuməti Kataloniyanın özünüidarəetməsinin dayandırılması haqqında Konstitusiya maddəsinin tətbiq olunması prosesinə start verib


“Soros Kataloniyanın ictimai diplomatiya şurası və “CIDOB” QHT-sinin maliyyələşdirir. Bunlardan birincisi faktiki olaraq Kataloniyanın “Xarici İşlər Nazirliyi” funksiyasını yerinə yetirir, bölgənin maraqlarının Avropa İttifaqında qorunması üçün lobbiçilik edir. İkinci təşkilat isə separatçıların “beyin mərkəzi” sayılır”

Kataloniya lideri Karles Puçdemon parlamentdəki çıxışında muxtar bölgənin müstəqilliyini elan etməyi təxirə saldığını desə də, onun bəyanatı birmənalı qarşılanmayıb. O, bu addımı İspaniya hökuməti ilə dialoq qapısını açmaq üçün atdığını bildirib. Karles Puçdemon parlamenti müstəqillik elan etməyi dayandırmağa çağırıb. O bu barədə Kataloniya parlamenti qarşısında çıxışı zamanı bildirib. Puçdemon razılaşdırılmış qərarın qəbul edilməsi üçün rəsmi Madridlə dialoqa başlamağın lazım olduğunu qeyd edib. Bununla belə o vurğulayıb ki, səsvermənin nəticələri regionun müstəqil respublika olmasına haqq qazandırıb. Onun sözlərinə görə, Madrid Barselona ilə danışıqlar zamanı referendumun nəticələrini nəzərə almalıdır. Bununla belə, gecə saatlarında Puçdemon, onun müavini, parlamentin spikeri və daha 72 deputat Kataloniyanın İspaniyadan müstəqilliyi haqqında bəyannamə imzalayıblar. Hakim koalisiyadan qeyd olunan bəyannamənin hələlik hüquqi qüvvəyə malik olmadığını bildiriblər. Barselona və Madrid arasında böhranın nizamlanmasına dair danışıqların uğursuz nəticələnəcəyi təqdirdə, sənəd təsdiqlənməsi üçün parlamentdə səsverməyə çıxarılacaq.

Avropada separatizmin yayılmasını istəyən qüvvələrin məqsədi: milli dövlətlərin suverenliyinin məhdudlaşdırılması və Avropa Komissiyasının nəzarət dairəsinin genişlənməsidir

İspaniya hökuməti Kataloniya rəhbəri Karles Puçdemonun bölgənin müstəqilliyinə dair bəyanatını yolverilməz hesab edir. Bu barədə “Efe” agentliyi məlumat yayıb. “Müstəqilliyin üstüörtülü elan edilməsi, daha sonra isə açıq-aşkar dayandırılması yolverilməzdir”, - deyə hökumətdəki mənbə bildirib. Hökumət nümayəndəsi Kataloniya rəhbərinin bəyanatının qanunsuz olduğunu, onun əsaslandığı referendum haqqında qanunun isə İspaniya Konstitusiya Məhkəməsi tərəfindən qüvvədən salındığını xatırladıb. Dialoq mesajına baxmayaraq, Madrid yenə öz sərt mövqeyində qalır: Kataloniya rəhbərliyi qanun çərçivəsinə qayıtmayınca, heç bir danışıq olmayacaq. Ölkənin iqtisadiyyat naziri Luis de Gindos Xurado muxtar vilayət rəhbərliyini hüquqi dövlətə qarşı üsyan qaldırmaqda ittiham etmişdi. Region müstəqilliyini elan edərsə, katalonları nə gözləyir? Baş nazirin müavini Sorayya Saens de Santamariya bu məsələyə aydınlıq gətirərək deyib ki, İspaniya unitar dövlətdir, onun konstitusiyası regionların öz müqəddəratını təyin etməsini nəzərdə tutmur. Bu o anlama gəlir ki, Kataloniyanın ayrılmaq üçün göstərdiyi hər hansı cəhd separatçılıq təzahürü, Madridə itaətsizlik və ölkənin əsas qanununun pozulması kimi qiymətləndiriləcək. Göründüyü kimi, Krallıq konstitusiyasını yaradanlar hadisələrin katalon ssenarisinə bənzər inkişafını nəzərə alıblar. Santamariyanın sözlərinə görə, əgər muxtar region konstitusiya və digər qanunlarla üzərinə düşən məsuliyyəti yerinə yetirməzsə, hökumət Senatın razılığı ilə muxtariyyətin fəaliyyətini dayandıra və regional administrasiyanın bütün orqanlarını mərkəzi tabeçiliyə verə bilər. Karles Puçdemon da daxil olmaqla, müstəqillik uğrunda hərəkatın liderlərini dövlətə qarşı qiyamı qızışdırmağa görə həbs etmək olar. Baş nazirin müavini, həmçinin bəyan edib ki, Kataloniyanın birtərəfli qaydada müstəqilliyini elan edəcəyi təqdirdə, Madrid orada “qanun və demokratiyanı bərpa etmək üçün tədbirlər görəcək”. Avropa İttifaqı bu məsələ ilə bağlı sərt mövqe ortaya qoymalı və separatizm dalğasının qarşısını almalıdır. Son proseslər göstərir ki, müəyyən qüvvələr Kataloniyanın müstəqilliyi ilə bağlı məsələdən istifadə etməyə çalışır. Onlar gizli yolla İspaniyadakı separatizmə dəstək verirlər. Avropa İttifaqı bu məsələdə sərt mövqe ortaya qoymasa, Avropanı separatizm dalğası bürüyə bilər. Şotlandiya Britaniyadan ayrılmaq üçün hər an hazır vəziyyətdədir. Onlar artıq bir dəfə referendum keçiriblər və növbətisinə hazırlıq gedir. Flandriyanın Belçikadan, Bavariyanın Almaniyadan ayrılmasını istəyənlər az deyil. Oktyabrın 22-də İtaliyanın varlı şimal vilayətlərində muxtariyyətlə bağlı referendum keçirilməlidir. Korsika da Fransa tərkibində muxtariyyət tələb edir. Qeyd etdiyimiz kimi müəyyən qüvvələr Kataloniyanın müstəqilliyi məsələsinə gizli şəkildə dəstək verilər. Kimdir həmin qüvvələr? Əvvələ onu qeyd edək ki, Avropa İttifaqının daxilində olan bəzi qüvvələr hesab edir ki, Kataloniyanın birbaşa Brüssel bürokratiyasına Madridin vasitəçiliyi olmadan tabe olması onların maraqlarına uyğundur. Kataloniyada baş verənlər milli müstəqillik savaşı deyil. Əslində bu savaş Avropa Komissiyasının nəzarət dairəsinin daha da artırılmasına hesablanıb. Məsələnin mahiyyəti də elə burdadır. Milli dövlətlərin suverenliyinin məhdudlaşdırılması və Avropa Komissiyasının nəzarət dairəsinin genişlənməsinin əsas tərəfdarlarından biri kim olsa yaxşıdır - Corc Soros. Burada artıq məsələ bir qədər aydınlaşmağa başlayır. Kataloniyanın müstəqilliyi uğrunda mübarizə aparan iki əsas təşkilatın sponsoru Sorosdur. Ötən il “La Vanguardia” nəşri yazırdı ki, Soros Kataloniyanın ictimai diplomatiya şurası və “CIDOB” QHT-sinin maliyyələşdirir. Bunlardan birincisi faktiki olaraq Kataloniyanın “Xarici İşlər Nazirliyi” funksiyasını yerinə yetirir, bölgənin maraqlarının Avropa İttifaqında qorunması üçün lobbiçilik edir. İkinci təşkilat isə separatçıların “beyin mərkəzi” sayılır. Ekspertlər bildirir ki, gizli idarə olunan proses bundan sonra da Sorosun tezisləri üzrə davam edəcək. Son məlumata görə, Madrid hökuməti Kataloniyanın özünüidarəetməsinin dayandırılması haqqında Konstitusiya maddəsinin tətbiq olunması prosesinə start verib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info