Ölkəmizdə Almaniyanın 200-dən artıq şirkəti qeydiyyatdan keçib
Tarix: 12.10.2017 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Səkkiz ayda Almaniya və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 500 milyon dollardan çox olub

Dekabrda Neftçala avtomobil zavodunda avtomobil istehsalına başlanılacaq

Bakıda Alman-Azərbaycan biznes-forumu keçirilib. Tədbir Alman-Azərbaycan Xarici Ticarət Palatası, Şərqi Avropa İqtisadi Əlaqələr üzrə Alman Komitəsinin və Almaniyanın Şərqi Avropa İqtisadi Birliyinin dəstəyi ilə baş tutub. Forumun əsas mövzuları maliyyə, sənaye, nəqliyyat və logistika sahələridir. Məqsəd alman və Azərbaycan şirkətlərini biznes platforması ilə təmin etmək, onların işgüzar əməkdaşlığı üçün mövcud imkanları müzakirə etmək, öz layihə və təkliflərini təqdim etməsinə şərait yaratmaqdır. Alman-Azərbaycan Xarici Ticarət Palatası idarə heyətinin sədri Falko Haydrix ölkələrimiz arasındakı fəal və uğurlu əməkdaşlıq əlaqələrindən söz açıb, bugünkü biznes-forumun əməkdaşlığın gücləndirilməsi üçün yeni platforma olduğunu deyib. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxış edərək ölkəmizdə gömrük sahəsində son illər ərzində həyata keçirilən islahatlar barədə məlumat verib, komitənin yeni təklif və fikirlərə hər zaman açıq olduğunu deyib. Aydın Əliyev onu da bildirib ki, Azərbaycan hökuməti aksiz vergisi dərəcələrinin dəyişdirilməsini müzakirə edir. A.Əliyev qeyd edib ki, hazırda Azərbaycanda aksiz vergisi dərəcəsi xeyli aşağıdır: "Bundan başqa, aksiz vergisinin tətbiq edildiyi tütün və alkoqollu içkilər ilkin zəruri məhsullar deyil. Tütün və spirtli içkilərin idxalı məsələsində biz, ilk növbədə, əhalinin sağlamlığını düşünməliyik. Həmçinin Azərbaycanda bu gün tütün və alkoqollu içkilər istehsal edən kifayət qədər müəssisə var". İqtisadiyyat nazirinin müavini Sahil Babayev nazirlik ilə Alman-Azərbaycan Xarici Ticarət Palatası arasında sıx və uzunmüddətli əməkdaşlığın bu cür tədbirlər vasitəsilə daha da gücləndiyini bildirib. Azərbaycan və Almaniya arasındakı ticarət əlaqələri üçün böyük potensialın olduğunu vurğulayan S.Babayev ölkələrimiz arasında əməkdaşlığın sənaye, nəqliyyat, logistika və enerji sahələrində investisiyalar qoyaraq inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Sahil Babayev qeyd edib ki, Almaniyanın Azərbaycana yatırdığı birbaşa investisiyaların həcmi 460 milyon ABŞ dollarından çoxdur. Nazir müavini qeyd edib ki, Azərbaycan Almaniyada müxtəlif layihələrə 120 milyon dollardan artıq vəsait yatırıb. O, qeyd edib ki, bu ilin 8 ayında Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsinin həcmi 500 milyon ABŞ dollarından çox olub. Almaniyanın ölkəmizdə 200-dən artıq şirkəti qeydiyyatdan keçib. Sahil Babayev forumda deyib ki, bu ilin dekabrında Neftçala avtomobil zavodunda avtomobil istehsalına başlanılacaq. Zavodda il ərzində 2 min avtomobil istehsal olunacaq. Qeyd edək ki, zavod ildə 10 min avtomobil istehsal etmək gücünə malikdir. Almaniya Federativ Respublikası səfirliyinin missiya rəhbərliyinin müavini Tereza Şönfeld Prezident İlham Əliyevin ötən ilin iyun ayında Berlinə səfərinin iki ölkə arasındakı biznes əlaqələrinin gücləndirilməsinə verdiyi töhfəni xüsusilə diqqətə çatdırıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info