UNEC-də elektron pulların perspektivləri araşdırılıb
Tarix: 12.10.2017 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elektron pullar: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda elmi seminar keçirilib. Universitetinin Tədqiqat Fondunun təşkil etdiyi elmi seminarda fondun prezidenti Fərhad Əmirbəyov elektron iqtisadiyyatın idarəetmə, biznes və sosial sahələrin, eləcə də cəmiyyətin inkişafı üçün yeni təməl olduğunu bildirib. O, qlobal dünyada iqtisadiyyatın əsas trendlərindən sayılan elektron maliyyənin iqtisadi inkişafın dinamikasında, məhsuldarlığın artırılmasında, yeni bazar və sənaye sahələrinin yaranmasında, davamlı inkişafın təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Seminarda Rusiyanın rəqəmsal iqtisadiyyat və elektron maliyyə üzrə tanınmış eksperti, “Bəşəriyyət” Beynəlxalq Fondunun prezidenti, hüquq elmləri doktoru Ruslan Makarov “Elektron pullar: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. O, elektron pul anlayışı, onun funksiyası, dünyada yayılması barədə geniş məlumat verib. R.Makarov alternativ valyuta növlərindən bəhs edib, kriptovalyuta və elektron pul vahidlərinin yaradılması, istifadəsi və digər müsbət xüsusiyyətləri barədə danışıb. O, eyni zamanda, e-pulların müxtəlif dövlətlərdə tətbiqinin müsbət nəticələrindən bəhs edib. UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, iqtisadiyyat tamamilə başqa xarakter almağa başlayıb və bu cür iqtisadiyyat xidmətin yeni növlərinin tətbiqini tələb edir. Elektron pulların xüsusiyyətlərindən danışan rektor onun tətbiqi üzrə nəticələrin araşdırılmasının vacibliyini vurğulayıb. Bildirilib ki, elektron pulların faydası haqqında dünyada əsasən bank və kompüter mütəxəssisləri danışsa da, Azərbaycanda bu təşəbbüsü UNEC-in alimləri ələ almalı və elektron pulun əhəmiyyətini əsaslandıran təkliflər hazırlamalıdırlar. Rektor ilk addım kimi “UNEC ekspert” jurnalının növbəti sayının elektron pullara və kriptoavalyutalara həsr olunacağını, Azərbaycanda elektron pulların tətbiqinin fayda və perspektivlərinin, həmçinin təhlükəli tərəflərinin təhlil ediləcəyini bildirib. Elmi seminar müzakirələrlə davam edib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info