“AŞPA-da Azərbaycana qarşı kampaniyaların arxasında erməni lobbisinin pulları durur”
Tarix: 12.10.2017 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


“AŞPA-nın sessiyasında keçirilən müzakirələr Avropa Şurasında Azərbaycana qarşı müxtəlif qruplar, xüsusilə ermənilər tərəfindən dəstək alan qruplar olduğunu və onların ölkəmizi yersiz tənqid etməyə cəhd etdiklərini bir daha aydın şəkildə göstərdi”.
Bu fikri AŞPA-da “Azərbaycanda demokratik təsisatların fəaliyyəti”, “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar” adlı hesabatlar üzrə qətnamələrin qəbul edilməsindən sonra assambleyadakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov AZƏRTAC-a müsahibəsində deyib. O, deyib: “Əslində, AŞPA-nın heç bir iclasında iştirak etməyən şəxslər - Omtziq, Ştrasser sessiyaya gəlib ölkəmizi tənqid etmək fürsətini əldən vermək istəməyiblər. Onlar açıq-aşkar qarşılarına məqsəd qoyublar ki, AŞPA-da Azərbaycana qarşı lobbiçilik, nifrət kampaniyası yaratsınlar. Özləri də ancaq yalan danışmaqla, böhtan atmaqla məşğuldurlar. Azərbaycan hüquqi islahatlar həyata keçirməklə beynəlxalq münasibətlər sistemində mövcud olan mütərəqqi hüquqi quruluşlar arasında öz yerini möhkəmlədib və ən fəal üzvlərdəndir. Azərbaycanın apardığı hüquqi islahatlar, hakimlərin təyin olunması, hüquq qanunvericiliyinin inkişaf etdirilməsi bütün ölkələr tərəfindən yüksək qiymətləndirilib. Məruzəyə “Azərbaycanda hüquq islahatlarına başlamaq lazımdır” ifadəsi ilə başlamaq o deməkdir ki, ya Azərbaycanda gedən proseslərə, ümumiyyətlə, diqqət yetirmirlər, ya da qəsdən ölkəmizə qarşı belə əsassız iddialar irəli sürərək Azərbaycanla Avropa Şurası arasında uçurum yaratmaq istəyirlər. Ancaq onlar istədiklərinə nail ola bilmədilər. Qətnamələrlə bağlı müzakirələrdə çıxış edən Avropa parlamentariləri və nümayəndə heyətimizin üzvləri Azərbaycanın inkişafı, mövqeyi, gördüyü işlərlə bağlı konkret faktları diqqətə çatdırdılar. Artıq Avropada, eləcə də AŞPA-da yaxşı başa düşürlər ki, Avropa Şurasının baş katibi Avropa İnsan Haqları Məhkəməsinin yerinə yetirilməyən 10 min işini kənara qoyaraq ölkəmizlə bağlı bir işin üstünə düşüb. O, bununla Azərbaycanın imicinə, nüfuzuna zərbə vurmaq niyyətindədir. Biz konkret olaraq bildirdik ki, bəzi kampaniyaların arxasında erməni lobbisinin pulları durur. Bəzi ölkələrlə gecə-gündüz çalışıb dialoq qururlar, ancaq Azərbaycanla bağlı uçurum yaratmaq istəyirlər. Bu cəhdlərin arxasında dayananlar ölkəmizi istəməyən qüvvələrdir. Bu qüvvələrin yalanları ayaq tutacaq, amma yeriyə bilməyəcək. Çünki yalan, böhtan əsasında qurulan kampaniya yaxşı nəticə verə bilməz”. Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, Azərbaycan müstəqil ölkədir, öz müstəqil siyasətini davam etdirir, həqiqətləri Avropa parlamentarilərinə, ictimaiyyətinə çatdırır: “Biz bunu ölkəmizin qüdrəti əsasında edirik. Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası Azərbaycanla əlaqə qurmaqda daha çox maraqlıdır, nəinki Azərbaycan bu təşkilatlarla”. Qətnamədə qaçqın və məcburi köçkünlərə dair bəndlə bağlı S.Seyidov bildirib ki, artıq hamı işğalçını tanıyır, həqiqətləri bilir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu, işğal altında olan torpaqlarımızda ermənilərin törətdiklərini hamı bilir: “Ancaq AŞPA-da mövcud olan üzdəniraq qruplar bütün dünyaya bəlli olan həqiqətləri belə, danmağa hazırdırlar. Onlar, hətta qaçqın və köçkünlərlə bağlı həqiqətləri də inkar etməyə hazırdırlar. Bu qruplar ölkəmizdə aparılan iqtisadi islahatları, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işləri inkar etməyə cəhd edirlər. Ümumiyyətlə, bu gün AŞPA-da ağa qara demək siyasətinin şahidi olduq”.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın köməyinə ümid bəsləyir
18.01.2019
Şimali Kiprin dövlət televiziyasında 20 Yanvar hadisələrindən danışılıb
18.01.2019
Avropa Parlamentində təcili “qətnamə”nin qəbulu anti-Azərbaycan mərkəzlərin yazdığı siyasi ssenaridir
18.01.2019
Bu cür ikili standartlar Avropa Parlamenti daxilindəki qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir
18.01.2019
İstanbulda Qanlı Yanvar faciəsinin ildönümü qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info