“ABŞ-la münasibətlərin qısa müddətdə normallaşmasını arzulayırıq”
Tarix: 12.10.2017 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-la münasibətlərin qısa müddətdə normallaşmasını arzuladıqlarını bildirib.
Çankaya sarayında valilər toplantısında çıxış edən B. Yıldırım ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmasına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsinin dayandırılması barədə qərar qəbul etdiklərini söyləyib. O, bölgədə və dünyada gərginliklərin artdığı bir dönəmdə Türkiyənin soyuqqanlı hərəkət edəcəyini vurğulayıb. Bu arada ABŞ-ın Türkiyədəki səfiri Con Bass Türkiyə vətəndaşlarına viza verilməsinin dayandırılması barədə qərarın ABŞ hökuməti səviyyəsində qəbul olunduğunu bəyan edib. C. Bass Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqədə təqsirli sayılaraq həbs edilən ABŞ-ın İstanbul Baş Konsulluğunun əməkdaşı Mətin Topuzun qanunsuz norkotik dövriyyəsinə qarşı mübarizə işinə məsul olduğunu və Türkiyədə bu sahədə çalışan hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqə saxladığını bildirib. Diplomat deyib ki, əgər M. Topuz vəzifə səlahiyyətlərini aşaraq başqa şəxslərlə əlaqə qurubsa, bu məlumatlarla tanışlıqdan məmnun olar. İstanbul Baş Konsulluğunun FETÖ ilə əlaqədə təqsirli sayılan başqa bir əməkdaşının konsulluqda gizlənməsi barədə xəbəri təkzib edən C. Bass ABŞ-ın müstəqil Kürdüstan dövlətinin qurulmasını, kürd koridorunu dəstəkləmədiyini də vurğulayıb. O, “İncirlik” hərbi bazasındakı ABŞ əsgərlərinin viza problemindən əziyyət çəkməyəcəklərini, bazadakı amerikalı əsgərlərin qüvvədə olan müqavilələrə uyğun olaraq Türkiyədə olduqlarını və səfərlərinin də bu müqavilələrlə tənzimləndiyini nəzərə çatdırıb. C. Bass 9 aydan çoxdur ki, “İŞİD” terror təşkilatının Türkiyədə terror aktları törətməməsini də qabardıb və absurd iddia irəli sürüb: “Bu, “İŞİD”-in terror aktları törətməkdən vaz keçməsi ilə bağlı deyil, iki ölkənin əməkdaşlığının nəticəsidir”. Bu həftə səlahiyyət müddəti başa çatdığı üçün Türkiyəni tərk edəcəyini açıqlayan C. Bass Fətullah Gülənin ekstradisiyasının məhkəmə qərarı ilə mümkün ola biləcəyini söyləyib. Qeyd edək ki, oktyabrın 8-də ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Mətin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
Fransada etirazlar zamanı 14 polis yaralanıb
20.04.2019
Әfqanıstanda terror aktı, ölәn var
20.04.2019
Parisdə “sarı jiletlilər“in aksiyasında 70-ə yaxın saxlanılan var
20.04.2019
Putin Şimali Koreya lideri ilə görüşəcək
19.04.2019
İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info