Doqquz ayda Beyləqanda 186 milyon manatlıq məhsul istehsal edilib
Tarix: 12.10.2017 | Saat: 14:48:00 | E-mail | Çapa göndər


Bu ilin doqquz ayında Beyləqan rayonunda ümumi məhsul buraxılışının həcmi 186 milyon manat olub. Məhsul buraxılışının 13,1 milyon manatını sənaye, 75,7 milyon manatını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edib. Əsas kapitala 56,8 milyon manat investisiya yönəldilib, 55,1 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb. Ötən ilin eyni dövrü ilə müqayisədə əsas kapitala yönəldilən investisiyalar 2,5 dəfə, tikinti-quraşdırma işləri 2,6 dəfə artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Beyləqan rayon Heydər Əliyev Mərkəzində 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda məlumat verilib.

Rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin məruzəsində bildirilib ki, sahibkarlığın inkişafı rayonda prioritet məsələ kimi daim nəzarətdə saxlanılıb, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 12 layihə üzrə 129 min 955 manat kredit ayrılıb.

Diqqətə çatdırılıb ki, bu il 8550 hektar sahədə pambıq əkilib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Hazırda tarlalarda pambıq yığımı davam edir. Cari ildə 8181 ton şəkər çuğunduru, 11 min 796 ton qarğıdalı, 20 min 438 ton tərəvəz, 6226 ton bostan məhsulları istehsal olunub. Hesabat dövründə iribuynuzlu heyvanların sayı 204 baş artaraq, 58 min 24-ə, xırdabuynuzluların sayı 3639 baş artaraq, 300 min 868-ə çatıb. 6,4 min ton ət, 30 min ton süd, 589 ton yun istehsal edilib.

Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən də ətraflı bəhs olunub.

Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info