Tala çayı üzərindəki körpünün təmiri yekunlaşır
Tarix: 12.10.2017 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Zaqatala şəhərində Tala çayı üzərində yerləşən avtomobil körpüsünün əsaslı şəkildə təmiri işləri yekunlaşır.

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən verilən məlumata görə, körpünün təmiri adıçəkilən qurum tərəfindən dövlət başçısının "M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı çərçivəsində yerinə yetirilir.

Zaqatala şəhərinin ərazisindən axan Tala çayı üzərində yerləşən və ötən əsrin 60-cı illərində inşa edilmiş 132 metr uzunluğundakı körpünün əsaslı şəkildə təmiri işləri zamanı hərəkət hissəsinin genişləndirilməsi üçün müvafiq işlər aparılıb.

Layihəyə uyğun olaraq, körpünün üzərinin dəmir konstruksiyalarının qurulması işləri aparılıb. Sözügedən işlər çərçivəsində körpünün eni hər iki istiqamət üzrə 1,5 metr enində genişləndirilərək, 9,5 metrdən 12,5 metrə çatdırılıb. Nəticədə yolun hərəkət hissəsi mövcud 7 metr deyil, 9,5 metr təşkil edəcək. Daha sonra körpünün üzərinə monolit-beton döşənib.

Vətəndaşların körpünün kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün 1.5 metr enində piyada səkiləri inşa edilir. Yolun hərəkət hissəsi ilə səkilərin arasında xüsusi təkərqaytaran dəmir-beton qoyulacaq, körpünün kənarlarına yeni məhəccərlər quraşdırılacaq.

Təmir-tikinti işləri çərçivəsində körpüdə əlavə bərkitmə işləri aparılır. Bu isə körpünün yükgötürmə qabiliyyətini artırır. Yenidənqurma işləri tam olaraq bitdikdən sonra körpünün üzərinə yeni asfalt-beton örtük döşənəcək.

Ümumiyyətlə sözügedən körpüdə işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, dövlət başçısının "M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamına əsasən yol boyu yerləşən daha 4 avtomobil körpüsünün də əsaslı şəkildə təmiri nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
AYİB Azərbaycanda bərpa olunan enerji sahəsinə dəstək verəcək
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info