Ağsudakı istixanada son tamamlama işləri görülür
Tarix: 12.10.2017 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında Azərbaycanda istixanaların salınmasının geniş vüsət aldığını bildirib, hazırda respublikada 400 hektardan çox sahədə yeni, müasir istixana komplekslərinin yaradılmaqda olduğunu vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, bu istixanaların böyük hissəsi ölkənin ixrac potensialını daha da artıracaq.
AZƏRTAC xəbər verir ki, belə istixanalardan biri də Ağsu rayonunun Pirhəsənli bələdiyyəsi ərazisində “Sahil” firması tərəfindən qurulur. Ərazisi 5 hektar olacaq istixana kompleksində son tamamlama işləri aparılır.
Yeni sahibkarlıq təsərrüfatı Türkiyədən dəvət olunan mütəxəssis Emin Karırçı tərəfindən yaradılır. Əsas avadanlıqlar Türkiyənin “Metaş” şirkətindən alınıb və paslanmayan materialdandır.
İstixana təsərrüfatı müasir suvarma sistemi ilə təchiz olunub. Burada ümumilikdə 100 tonluq iki su çəni qurulub. Bu, suvarmanın elektrik enerjisi sərf etmədən aparılmasına imkan verəcək.
Əsasən pomidor və xiyar yetişdiriləcək istixananın yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info