“The Washington Times”: “ABŞ Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir”
Tarix: 12.10.2017 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


“The Washington Times” qəzeti “Caspian Group Holdings” şirkətinin direktoru Rob Sobhaninin “Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?” sərlövhəli məqaləsini dərc edib.
Məqalədə ABŞ-Azərbaycan münasibətlərinin gələcək inkişafına Tramp administrasiyası tərəfindən daha çox diqqət yetirməyin zəruriliyindən danışılır.
Müəllif yazır ki, mövcud olan bir neçə vacib səbəbə görə Tramp administrasiyası iki ölkə arasında münasibətlərin inkişafını davam etdirməlidir. Birincisi, Prezident Trampın Əfqanıstanda ABŞ-ın hərbi iştirakının miqyasının genişləndirilməsinə dair bu yaxınlarda qəbul etdiyi qərarda Azərbaycanın rolu həlledici məna daşıyacaq. Azərbaycan təkcə amerikalı hərbçilərlə çiyin-çiyinə vuruşmaqla Əfqanıstandakı qoşunlar kontingentində iştirak etmir, həm də Pentaqonun nəqliyyat komandanlığına öz hava məkanından istifadə etməyə icazə verir ki, bu da ABŞ missiyasının Əfqanıstandakı uğurunun həyati vacib amilidir.
Tramp komandasının Azərbaycanla daha sıx əməkdaşlıq etməsinin digər səbəbi dini ekstremizmə qarşı qlobal müharibə ilə bağlıdır. Müəllif yazır ki, dini tolerantlıq Azərbaycanın zəngin mədəniyyətinin və irsinin ayrılmaz hissəsidir. Bu ölkə yəhudi, xristian və digər icmaların da vətənidir, onların nümayəndələri burada dinc yanaşı tolerantlıq mühitində yaşayırlar. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsindən və Prezident Trampın uğurlu danışıqlar aparmaq və “razılıq əldə etmək” bacarıqlarından danışan Sobhani Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində Rusiya ilə əməkdaşlığın zəruriliyini vurğulayır.
Daha sonra ekspert Avropaya enerjidaşıyıcıların tədarükündə Azərbaycanın roluna diqqəti yönəldərək yazır ki, Xəzər hövzəsindən neft və qazın kəşfiyyatında, hasilatında, Avropa bazarlarına və onun hüdudlarından kənara nəqlində Birləşmiş Ştatların və Azərbaycanın ümumi məqsədləri var. Azərbaycan qazının Avropaya ixracı 2020-ci ildə başlamalıdır ki, bu da qitənin enerjidaşıyıcılarının şaxələndirilməsinə kömək edə bilər və bir tədarükçüdən asılılığı azalda bilər.
Məqalədə vurğulanır ki, Prezident Tramp, başlanğıcını Azərbaycandan götürən Transxəzər Qaz Dəhlizinin reallaşdırılmasına ABŞ tərəfindən 100 faizli dəstəyi bərpa etməklə Avropanın uzunmüddətli enerji təhlükəsizliyinə strateji baxış nümayiş etdirə bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info