“Avropada İslam əleyhinə fikirlərin olması hamımızı ciddi şəkildə narahat etməlidir”
Tarix: 12.10.2017 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


AŞPA-da “İŞİD” tərəfindən həyata keçirilmiş insanlıq əleyhinə cinayətlərin, yaxud mümkün soyqırımlarının təhqiqatı və cəzalandırılması” adlı qətnamə layihəsinin müzakirəsi zamanı Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Azad Demokratlar qrupu adından çıxış edib.
Milli Məclisin deputatı bildirib ki, terrorla mübarizədə ikili standartlara yol verilməməlidir. Türkiyənin İraq və Suriya ilə sərhədlərində İŞİD zülmündən qaçan insanlarla görüşündən danışan Qənirə Paşayeva onlara AŞPA da daxil olmaqla, beynəlxalq təşkilatlar və Avropa dövlətləri tərəfindən İŞID-ə qarşı mübarizədə dəstək verilmədiyini söyləyib. O, qaçqınların kömək çağırışını avropalı parlamentarilərə çatdırıb. Qaçqınların yalnız Türkiyə dövləti tərəfindən dəstəkləndiklərini vurğulayıb.
Qrup adından çıxış edən deputat əhalisinin əksəriyyətinin müsəlman olduğu Azərbaycanın da “İŞID”-lə mübarizədə ciddi addımlar atdığını bildirib. O deyib: “Terror təşkilatlarına qarşıyıq və Ermənistan tərəfindən dəstəklənən terror təşkilatlarından böyük zərərlər görmüş bir ölkə olaraq Azərbaycan bütün terror təşkilatları ilə sərt mübarizə aparır.
“İŞID” beynəlxalq bir terror təşkilatıdır. Bu təşkilatın sıralarında müxtəlif millətlərdən və fərqli dinlərdən insanlar var. Bu səbəbdən “İŞID”-i müsəlmanlardan ibarət bir terror təşkilatı olaraq görmək və müsəlmanlara qarşı mənfi fikir yaratmaq istəyənlərə də fürsət verməməliyik. “İŞID”-in etdiklərinin İslam dini ilə heç bir əlaqəsi yoxdur. Avropada bəzi siyasətçilərin İŞID-in əməllərini bəhanə edərək İslam dini və müsəlmanlar əleyhinə etdikləri çağırışlara da burdan etirazımızı bildirməliyik. Bu cür addımların, Avropada islamofobiyanın artmasına təkan verən hərəkətlərin hansı dəhşətli nəticələrə səbəb olacağını, hansı faciələrə gətirib çıxaracağını nəzərə almalıyıq. Məsuliyyətsiz açıqlamalar sadəcə “İŞID”-in işinə yarayır.
Avropada İslam əleyhinə fikirlərin olması hamımızı ciddi şəkildə narahat etməlidir və hamımız birlikdə belə mənfi halların qarşısını almaq üçün ciddi çalışmalıyıq. Bu gün dünyadakı münaqişələrin azalması üçün mədəniyyətlərarası və dinlərarası dialoqun artmasına ehtiyac var. Terrorla təsirli şəkildə mübarizə aparmaq üçün bütün Avropa ölkələri bu sahədə İslam ölkələri ilə əməkdaşlığını artırmalıdır. Bu gün ehtiyac duyduğumuz tək şey dialoq və əməkdaşlıqdır”.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info